Bazar, 15 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yanvarın 11-də Moskvada Azərbaycan və Ermənistan liderləri arasında imzalanacaq sənəddə nələr var?

Ermnəistanda revanşistlər Moskvadakı görüş qabağı Paşinyana qarşı təzyiqi maksimum həddə çatdırıblar...

Açıq erməni mənbələrində yanvarın 11-də Moskvada keçiriləcək Rusiya, AzərbaycanErmənistan liderlərinin görüşündə imzalanacaq sənəd barədə məlumatlar yayılmaqdadır. Bəzi teleqram kanallarının yazdığına görə həmin sənədi Ermənistan Xarici İşlər Nazirliyi “tam məxfi” qrifi altında Ədliyyə Nazirliyinə yollayıb. Məqsəd sənədin Ermənistan konstitutsiyasına uyğunluğnu müəyyən etməkdir.

PİA.az xəbər verir ki, erməni mənbələri yanvarın 11-də Moskvada AzərbaycanErmənistan liderləri arasında imzalanacaq sənədi aşağıdakı kimi təqdim edirlər:

1. Əliyev Paşinyandan ATƏT-in Minsk Qrupunun buraxılmasını tələb edəcək. Bu qrupun əvəzinə üç tərəfli, ya da dörd tərəfli danışıq formatı yaradılacaq.

2. Əliyev Paşinyandan tələb edəcək ki, Dağlıq Qarabağın status məsələsi bir daha qaldırılmasın və danışıqların predmeti olmasın. Dağlıq Qarabağa Azərbaycan ancaq mədəni muxtariyyət verə bilər və qondarma respublika heç vaxt müstəqil status ala bilməyəcək.

3. Əliyev Erməınistan rəsmilərinin Qarabağa səfərlərinə son verilməsini Paşinyandan tələb edəcək. Ermənistan rəsmilərinin Xankəndinə bütün səfərləri ancaq Azərbaycanla razılaşdırıldıqdan sonra baş tuta bilər. Azərbaycanın icazəsi olmadan ancaq şəxsi və humanitar məqsədli səfərlər ola boilər.

4. Sərhəd problemlərinin tənzimlənməsi ilə əlaqədar olaraq Ermənistan Azərbaycana 16 kənd qaytarmalıdır və bu prosses qanunniləşdirilməlidir. Sərhədlərin delimitasiyası və demarkizasiyası ilə isə gələcəkdə yaranacaq müştərək komitə məşğul olacaq.

5. Dağlıq Qarabağda hərbi çağırış həyata keçirilməyəcək. Dağlıq Qarabağ orduya malik olmayacaq, bu ərazidə ancaq polis gücləri əsayişi qoruyacaq. Eyni zamanda müvəqqəti olaraq “milli qvardiya”nın olmasına icazə verilə bilər. Lakin bu “qvardiya” 5-10 il müddətindən sonra buraxılmalıdır.

6. Ermənistan Azərbaycanla Naxçıvan arasında nəqliyyat dəhlizini açmalıdır və bu dəhlizi Rusiya sülhməramlıları qorumalıdır. Çünki Rusiya sülhməramlıları Laçın koridorunu da qoruyurlar.

7. Əliyev Ermənistanda revanşist güclərin hakimiyyətə gəlməsinin qarşısının alınmasını və revanşist təbliğatın durdurulmasını, iki ölkə arasında etimadın formalaşdırılmasını tələb edəcək.

8. Əliyev 10 noyabrdan sonra əsir götürülmüş insanlara hərbi əsir statusunun verilməməsini tələb edəcək. Çünki həmin şəxslər terrorist kimi cəzalandırılacaq.

Qeyd edək ki, bu məlumatın doğru olduğunu iddia etmək fikrindən uzağıq. Böyük ehtimalla Ermənistanda belə bir məlumatın yayılması Paşinyana daha çox təzyiq etmək üçün yaradılan və daha çox revanşistlərin maraqlarını təmin edən “feyk” xəbərdir. Lakin nəzərə alsaq ki, yayılan məlumatın bütün bəndləri regionda davamlı sülhün təmin olunması üçün zəruri şərtlərdir, o zaman ehtimal etmək olar ki, bütün bu məsələlər yanvarın 11-də Moskvada müzakirə olunacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazirin vəzifəyə təyin etdiyi Gündüz Əbdülov kimdir? - Dosye

Elnur Məmmədli İctimai Şuraya sədr təyin olunub

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Nailə İslamzadədən nəvəsi ilə bağlı paylaşım - Video

Ərdoğan üç nazir müavinini vəzifəsindən azad edib, yeniləri təyin olunub

Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başa çatıb, "Mercedes" pilotu birinci olub - Yenilənib + Foto

Prezident və birinci xanım Fatma Səttarovanın dəfn mərasiminə əklil göndərib

Narinin qətli ilə bağlı həbs edilənlərin sayı artdı

Prezident “Xəqani” bağında və ətraf ərazilərdə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub - Yenilənib

Ən çox oxunanalar