Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xronika: Qərbi Azərbaycan planının detalları

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb...

"Report" xəbər verir ki, süjetdə Azərbaycanın Ermənistanla sərhədin müəyyənləşməsi prosesinə Xalq Cumhuriyyəti dövrünə aid xəritələrini əsas sənəd kimi daxil etməsindən bəhs olunur.

Bildirilir ki, bu, Qərbi Azərbaycan məsələsinin siyasi müstəvidən sonra praktiki müstəviyə keçməsini də aktuallaşdırır: “Prezident İlham Əliyevin bu il yanvarın 10-da yerli televiziyalara verdiyi müsahibədə sərhədlə bağlı dedikləri bu gözləntiləri ön plana çıxardı. Dövlət başçısının səsləndirdiyi fikirlər və irəli sürdüyü istiqamətlərin motivi sərhədin delimitasiyası olsa da, burada əsas məqamlardan birinin Qərbi Azərbaycan məsələsinin növbəti mərhələyə daşınması olduğunu deyə bilərik”.

Qeyd olunur ki, ötən il iyulun 15-də Bresseldə keçirilən üçtərəfli görüşdə Qərbi azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı müzakirə edildi: “Bu adi müzakirə yox, rəsmi Bakının Qərbi Azərbaycan məsələsini diplomatik müstəvidə qəbul etdirməsi idi. Prezident İlham Əliyevin sərhədin delimitasiyası ilə bağlı irəli sürdüyü istiqamətlər isə Qərbi Azərbaycan hədəfinin diplomatik müstəvidən praktiki müstəviyə daşınması planından xəbər verir. Dövlət başçısının delimitasiya prosesinə siyasi metdologiyanı daxil etmək gedişi də bu ərazilər üzərində Azərbaycanın tarixi haqqının tanınması, yaxud cari dövrdə müəyyən bir hissəsinə qayıdışın təmin edilməsi məqsədi daşıyır. Prezident İlham Əliyev delimitasiya prosesinə xronoloji metodu daxil etməklə SSRİ dövründə ermənilərə verilən ərazilərin qaytarılmasını irəli sürür”.

Diqqətə çatdırılır ki, delimitasiya Prezident İlham Əliyevin irəli sürdüyü siyasi metodologiya, yaxud xronoloji metodla müəyyənləşərsə, Qərbi Azərbaycanın ya bütün əraziləri, yaxud da ən azı Zəngəzurun böyük hissəsi Azərbaycanın nəzarətinə keçəcək və doğma yurdundan qaçqın düşmüş soydaşlarımızın öz evlərinə qayıdışı önündə heç bir maneə qalmayacaq.

Sonda vurğulanır ki, Prezident İlham Əliyev xəritələri bir kənara qoymaq və sərhədi qarış-qarış müəyyən etməyi təklif edir: “Bu, əslində Ermənistana açıq ismarışdır. Çünki rəsmi İrəvanın başqa yolu qalmayıb. Ya delimitasiya prosesi də daxil olmaqla sülh sazişini Bakının ədalətli tələblərinə uyğun imzalamalı və Qərbi azərbaycanlıların öz evlərinə qayıdışına şərait yaratmalıdır. Ya da AXC xəritələri üz-üzə qalmalı olacaq. Bunu Prezident İlham Əliyev deyir və zamanla isbat etdi ki, o dediyini edəcək”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında yanvarın 18-də saat 19:30-da Baku Tv-nin efirində və YouTube kanalında yayımlanıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Sevda Sanaliyevanı təqib edən şəxs polisə çağırıldı

Masallıdakı restoranlardan biri dövlətə məxsus əraziləri zəbt edib?

Ən çox oxunanalar