Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vitse-kansler: Almaniyanın Ukraynaya dəstəyi "əgər" və "amma" olmadan davam edəcək...

Berlinin Kiyevə dəstəyi heç bir "əgər" və "amma" olmadan qalacaq və davam edəcək...

Poliqon xəbər verir ki, bunu Almaniyanın vitse-kansleri Robert Habek Berliner Morgenpost-a müsahibəsində deyib.

"Gələcəkdə Ukrayna çox ehtiyac duyduğu silah sistemləri ala biləcək pulu alacaq. Bildiyimə görə, bu ilin sonunda olacaq" deyən vitse-kansler Ukraynaya ödənilməsi gözlənilən Rusiya Mərkəzi Bankının dondurulmuş aktivləri hesabına həyata keçiriləcək 50 milyardlıq krediti xatırladıb.

Habekin sözlərinə görə, 2025-ci ildə federal büdcədən daha 4 milyard avro ayrılacaq. O, söz verib ki, əgər bu baş verməsə, o zaman hakimiyyət yeni müzakirə aparmalıdır və dəstəyi başqa yolda axtarmaq lazım gələcək.

Eyni zamanda, vitse-kansler etiraf edib ki, G7-dən kreditlə planlaşdırılan modelə keçid büdcədən əvvəlki ayırmalar tükəndiyi üçün daha yeni sifarişlər verilə bilməsə problem yarada bilər.

"Bu, silah sistemlərinin indi sifariş edilməsini və G7 fondlarından sonra ödənilməsini təmin etməyi tələb edəcək", deyə Habek bildirib.

O, həmçinin əmin edib ki, Donald Tramp prezident seçkilərində qələbə qazanacağı təqdirdə ABŞ Ukraynaya dəstəyi dayandırsa belə, Almaniya Ukraynanı tək qoymayacaq:

"Ukrayna bu müharibədə uduzsa, son dərəcə təhlükəli olar. O zaman Avropanın azadlığı təhlükə altında qalacaq. Ona görə də bizim marağımız var ki, Ukrayna Rusiya təcavüzünə müqavimət göstərsin".

Bu yaxınlarda Frankfurter Allgemeine Zeitung qəzeti yazıb ki, Almaniya Ukraynaya hərbi yardımın dəyərini kəskin şəkildə azaldır və hətta zədələnmiş texnikanın təmiri üçün pul ödəməyi dayandırıb. Bundan əlavə, gələn ilin büdcə layihəsində Berlin Ukraynaya xərcləri yarıya qədər azaltmaq istəyir. Onlar bu xərcləri dondurulmuş Rusiya aktivlərinə köçürmək istəyirlər, baxmayaraq ki, bu mexanizm hələ işləməyib.

Bu səbəbdən Almaniya hökuməti daxilində mübahisələr yaranıb. Almaniyanın Maliyyə NazirliyiMüdafiə Nazirliyi günahı bir-birinin üzərinə atırlar. Daha sonra kansler Olaf Şolts Almaniyanın Ukraynaya dəstəyi kəsmək niyyətində olması barədə xəbərləri təkzib edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - Yenilənib

Masallıdakı restoranlardan biri dövlətə məxsus əraziləri zəbt edib?

Ən çox oxunanalar