Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xoşqədəmlə Nazilənin məhkəməsi başladı - 100 min istəyir

Xəbər verdiyimiz kimi, aparıcı Xoşqədəm Hidayətqızı şairə Nazilə Səfərlini və “Show-news” İnstaqram səhifəsinin rəhbəri İsa Şükürovu məhkəməyə verib


Axşam.az-ın məlumatına görə, buna səbəb səhifədə N.Səfərlinin dilindən “Ərim Xoşqədəmi yox, məni aldığı üçün indi belə edir” başlıqlı yazı yayımlanması olub.

N.Səfərli və İ.Şükürovun vəkili “Atler eqo” hüquq şirkətinin baş direktoru Heyrət Qarayev saytımıza açıqlamasında bugün hazırlıq iclası keçirildiyini bildirib:

“Xoşqədəm Hidayətqızının Nazilə Səfərliyə və “Show-news” saytına qarşı qaldırdığı iddia üzrə Nizami rayon məhkəməsində hazırlıq iclası keçirilib. İclasda həm Xoşqədəm Hidayətqızının, həm də Nazilə Səfərlinin vəkili iştirak edib. Prosesə cavabdeh qismində saytın rəhbəri İsa Şükürov cəlb olunub. Çünki Nazilə Səfərli həmin sözü deməyib. Hətta Nazilə xanım İsa Şükürovu məhkəməyə verməyi düşünür”.

Vəkil bildirib ki, X.Hidayətqızı yüksək təzminat istəyir:

“Qarşı tərəfin tələbi üzr istəmə, təkzib vermədir. Eyni zamanda yüz min manat təzminat istəyir”.

Qeyd edək ki, Xoşqədəmlə Nazilə arasındakı qalmaqal artıq bir neçə aydır davam edir. Səfərlinin qardaşının keçmiş arvadı Pərvanə "Səni axtarıram" verilişinə müraciət edərək, uşaqlarına baxmadıqlarını deyib. O, Nazilə və qayınanasının onu aldadaraq evdən çıxardığını, ərindən ayırdığını söyləyib. X.Hidayətqızının proqramda Pərvanəyə yardım etməsinə qarşı tərəf əsəbiləşib. Aparıcı və şairə dəfələrlə bir-birinin ünvanına sərt sözlər deyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Xankəndidə İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi dəqiqləşib

Ən çox oxunanalar