Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

XİN: Azərbaycan Ordusu mülki şəxsləri qorumaq üçün adekvat tədbirlər görəcək

Oktyabrın 4-də Ermənistan silahlı qüvvələri raket atəşləri ilə Tərtər şəhəri və Füzuli rayonunun Horadiz şəhərinin mülki əhalisi və obyektlərini hədəfə almağı davam etdirib. Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə Ermənistan ərazisindən raket atəşinə tutulub.

XİN-dən verilən məlumata görə, Ermənistan tərəfindən qəsdən edilən atəşlər nəticəsində indiyə qədər 22 nəfər mülki azərbaycanlı, o cümlədən 2 məktəbli öldürülüb, 74 nəfər yaralanıb.

Ermənistan tərəfindən mülki əhali və obyektlərin məqsədyönlü şəkildə hədəfə alınması beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. Azərbaycan tərəfindən, o cümlədən müvafiq beynəlxalq təşkilatlar vasitəsi ilə edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq, Ermənistan silahlı qüvvələrinin mülki şəxslərə yönəlmiş hücumların davam etməsi, günahsız insanların məqsədyönlü şəkildə öldürülməsinin və Ermənistanın təcavüzkar siyasətinin davam etdirilməsinin əyani təzahürüdür.

Ermənistanın bu hərbi təxribatının mövcud vəziyyətin şüurlu şəkildə pisləşdirilməsinə yönəldiyini və Ermənistanın hərbi əməliyyatların zona və əhatə dairəsini genişləndirmək niyyətini nümayiş etdirdiyini vurğulayırıq. Azərbaycan silahlı qüvvələri mülki şəxsləri qorumaq üçün adekvat əks tədbirlər görəcəkdir.

Biz, Ermənistanı beynəlxalq hüquq normaları və prinsiplərinə, o cümlədən beynəlxalq humanitar hüquq üzrə öhdəliklərinə tabe olmağa və BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çəkilməsinə dair tələbləri irəli sürən qətnamələrini yerinə yetirməyə çağırırıq. Bölgədəki vəziyyətin pisləşməsinə görə bütün məsuliyyətin Ermənistan rəhbərliyinin üzərinə düşdüyünü bir daha təkrar edirik.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Putin qərar verdi - Ciddi şəkildə cəzalandırılacaq...

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

779 milyonluq boru cəmi 14 il işləyə bildi: Susuzluqdan başını çöldə yuyan sakinlər

İcra başçısının xanım müavini işdən çıxarıldı

Bakıda bu səfərbərlik idarəsinə yeni rəis təyin edildi

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddəki “Mexrli” məktəbi ilə tanış olublar - Yenilənib

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay