Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xidmət müddəti başa çatan bir qrup hərbi qulluqçu­ tərxis edildi

Aprelin 28-29-da Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi hissələrində müddətli həqiqi hərbi xidmət müddəti başa çatmış hərbi qulluqçu­larının tərxis edilməsi ilə əlaqədar tədbirlər keçirilib.

DSX-nin Mətbuat Mərkəzindən bildirilib ki, mərasimlərdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik teleqramı şəxsi heyətə çatdırılıb, Dövlət Sərhəd Xidmətinin sıralarında hərbi xidmətlərini layiqincə başa vuraraq Azərbaycan Res­publikasının Silahlı Qüvvələrinin ehtiyatına buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qul­luq­çularının xidmət müddətində öz vəzifələrini şərəflə yerinə yetirdikləri qeyd olunub.

Hər bir sərhədçi əsgərin Azərbaycan Respubli­kasının Prezidenti, Silah­lı Qüvvələrin Müzəffər Ali Baş Koman­danı cənab İlham Əliye­vin rəhbərliyi ilə Ermənistan üzərində möhtəşəm zəfərlə başa çatan və Azər­baycan tarixinə qızıl hərflərlə həkk olunan Vətən Müharibəsinin qalib əsgəri olmaqdan, müqəddəs torpaqları­mızın azad olunmasında işğalçı düşmən qüv­və­lərinə qarşı döyüşməkdən, bu gün də səngərdə və sərhəddə böyük əzmlə xidmət aparmaqdan böyük şərəf və qürur duyması vurğulanıb.

Ölkəmizin ərazi suverenliyinin bərpası, doğma torpaqlarımızın yağı düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən yolunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhunun əbədi olaraq yaddaşlarda qalacağı qeyd olunub.

Xidmət etdiyi hərbi hissə ilə vidalaşaraq mülki həyata qovuşacaq əsgərlərin hərbi xidmət dövründə qazandığı müsbət vərdişlərin və keyfiyyətlərin gələcəkdə onların cəmiyyətimizə layiqli vətəndaş olmalarına töhfə verəcəyinə əminlik ifadə edilib.

Tədbirlərin sonunda tərxis edilən hərbi qulluqçularla xatirə fotoşəkilləri çəkilmiş və şəxsi heyət xüsusi ayrılmış avtobuslarla yaşadıqları bölgələrə yola salınıblar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Sumqayıtda 40 yaşlı kişini ürəyindən bıçaqladılar

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

İsrail döyüş təyyarələri Livanı vurub, həlak olanlar var

Sabahdan Bakıda suyun verilməsi əvvəlki rejimdə təmin ediləcək

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Ağ Ev Ukrayna üçün yeni yardım paketini açıqlayıb

Ən çox oxunanalar