Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xətai rayonunun faktik hökm sahibi: İntiqam Cümşüdov biznes şəbəkəsini necə qurub? - Fotolar

Azərbaycanda müxtəlif ranqlı bir sıra məmurların böyük sərvət sahibinə çevrilmələri artıq adi hal kimi qarşılanır və mediada az qala hər gün bu barədə materiallar yayımlanır...

Həmin məmurların aldıqları rəsmi maaşla qiyməti milyonlarla ölçülən əmlaklara sahib olmağın mümkünsüzlüyü hər kəsə məlumdur. O baxımdan, nəzərdə tutulan məmurların yüksək olmayan əmək haqqı ilə milyonluq obyekt sahiblərinə çevrilmələri həqiqətən də, əsaslı suallar doğurur.

Yenicag.az-a daxil olan məlumatlarda Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini İntiqam Cümşüdovun da haqqında danışılan məmurlar arasında heç də arxa sıralarda olmadığı iddia edilir.

Hətta qeyd olunur ki, Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini İntiqam Cümşüdov Xətai rayonunda ən imkanlı vəzifəlilərdən biri kimi tanınır. İddialara əsasən, İntiqam Cümşüdov fəaliyyət göstərdiyi rayonun Gəncə prospektində çoxsaylı obyektlərə sahibdir. Bu yerdə yuxarıda vurğulanan maaş və sərvət uyğunsuzluğu bir daha xatırlandıqda, onların arasında “mütənasibliyin” necə yarandığını təsəvvür etmək çətin olmur.

Həmin məlumatlarda o da bildirilir ki, İntiqam Cümşüdov özünün biznes şəbəkəsinə daxil olan obyektləri hazırda icarəyə verib və onların icarə pulları məmurun yerli bələdiyyədə işləyən bacısı oğlunun vasitəsi ilə yığılır.

Amma bu da sözügedən məmurlarla əlaqədar yayılan iddiaların hamısı deyil. Mediada dərc olunan çoxsaylı məlumatlarda Xətai rayonunda obyekt, ev və sair obyektlərin inşası üçün İcra Hakimiyyətindən müvafiq “icazə”lərin alınması məsələlərini də məhz İntiqam Cümşüdovun “tənzimlədiyi” bildirilir.

Xatırladaq ki, İntiqam Cümşüdov bundan əvvəl Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə ərazi icra nümayəndəsi vəzifəsində işləyib.

Fotolar

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

Ən çox oxunanalar