Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Xəstələr” hekayəsi



PİA.AZ “Qafqazinfo”-a istinadən yazıçı Mixal Zoşşenkonun “Xəstələr” hekayəsini oxuculara təqdim edir:


Yox,  insanın meymundan əmələ gəlməsi  heç ağlabatan deyil. Görünür,  qoca Darvin bu məsələdə bir az gopa basıb. Məncə insan canlılar arasında ən qəribə və anlaşılmaz məxluqdur.   Axı,  bu insanların əməlləri də elə,  necə deyəllər, sırf insani əməllərdir. Canlı aləmdə özləri kimisi də yoxdur. . Məsələn, bax, bu yaxınlarda elə bir söhbət eşitdim ki, hətta öz dillərində qırıldadan heyvanlar da belə şeyləri ağzına alıb danışmazdı. Bu söhbəti xəstəxanada eşitdim, ambulator həkimin qəbulunda.  Həftədə bir dəfə daxili xəstəliklərdən müalicə götürürəm. Həkimim də doktor Opuşkindir. Pis həkim deyil, adamı başa düşəndir. Artıq beşinci ildir ki, məni  müalicə edir. Xəstəliyim də ki, necə var elə…

Nə isə, gəlmişəm xəstəxanaya və məni növbəyə yazırlar-yeddinci adamam. Gözləməliyəm. Dəhlizdəki divanda əyləşib gözləyirəm- onsuz da bekarçılıqdı. Və eşidirəm ki, növbədə olan xəstələr öz aralarında asta-asta danışırlar. Sakitcə, davasız-şavasız,  söhbət gedir. Əyninə qısa yarımpalto geymiş enlisifət bir kişi yanındakına deyir:

-Qasıx niyə xəstəlik olur,  ay canım, tüpürdün yaxdın-vəssalam, keçdi getdi, bu da sənin xəstəliyin. Sən baxma ki, ey, mənim yanağımdan qan damır, özüm ağır xəstəyəm. Böyrəklərim öldürür məni.

Kişinin sözü böyründəkinin xətrinə dəyir:

- Əh, məndə təkcə qasıx deyil ey, ciyərlərim də xarabdı, hələ qulağımın dibindəki piy vəzini demirəm.

Enlisifət:

- Onun dəxli yoxdu. Böyrək ağrısının yanında onlar heçnədi.

Qəfil,  gözləyənlərin arasından başı yaylıqlı bir qadın hikkəylə söhbətə qarışır:

-Olsun lap böyrək ağrısı,  burda nə var ki? Budey,  mənim dost-doğma bacım qızı…böyrəkləri ağrıyırdı,  heç vecinə də döyüldü-tikiş də tikirdi, paltar da ütülüyürdü. Bu boyda sifətnən heç sizinçün də təhlükəli bir şey yoxdur. Təriflədiyiniz bu xəstəlikdən də qorxmuyun ölməzsiz.

Enlisifət:

-Mən ölmərəm? Eşitdiz? Bu arvad deyir,  mən bu xəstəlikdən ölmərəm. Vətəndaş!  Çox elə başınız çıxırdı bu işlərdən… hələ bir burnunuzu da soxursuz tibbi söhbətlərə.

Yaylıqlı vətəndaş:

-Mən sizin xəstəliyi pisləmirəm ki, ay yoldaş? ! Böyrək ağrısının da öz yeri var, bir söz demirəm. Deyirəm yəni, hardan bilirsiz, bəlkə mənim xəstəliyim daha ciddidi, nəinki sizin o böyrəkləriniz. Məndə xərçəngdi.

Enlisifət:

-Hı…noolsun ki…, xərçəngdi xərçəngdi də…Baxır o hansı xərçəngdəndir. Elə xərçəng var,  altıca aya keçib gedir.

Belə haqsız təhqirdən qadını əsməcə tutdu, çırtma vursan qanı çıxardı.

Əl-qolunu yelləyə-yelləyə dedi:

-Nə? ! Xərçəng, özü də yarım ilə…? Görürsüz də…O hansı xərçəngdi elə,  sən görmüsən, mən bilmirəm hə…Buna bir bax! Heç xəstədə də bu boyda sifət olar?

Enlisifət vətəndaş ağzını açdı ki, arvadın təhqirinə yaxşıca cavab versin, nəsə fikrini dəyişdi, əlini yelləyib üzünü yana çevirdi.

Bu zaman növbədə olan vətəndaşlardan biri kinayə ilə gülümsəyib dedi:

-Noolub, ay camaat, nəynən qürrələnirsiz belə?

Xəstələr çönüb vətəndaşa tərəf baxdılar və lal-dinməz oturub gözləməyə davam etdilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Ən çox oxunanalar