Bazar ertəsi, 09 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Xarkovu saxlaya bildik, "OPERATİV FASİLƏ" yaranıb" - Video

"Qarşı tərəf praktiki olaraq hücum edə bilmir, çünki"...

Ukrayna Prezidenti ofisinin rəhbərinin ştatdankənar müşaviri Oleksiy Arestoviç döyüş bölgəsində vəziyyətlə bağlı məlumat verib.

Onun sözlərinə görə, hazırda hərbi dildə “operativ fasilə” adlanan vəziyyət yaranıb.

“Bu həmin vəziyyətdir ki, qarşı tərəf praktiki olaraq hücum edə bilmir, çünki ağır itkilər verib, döyüş sursatları tükənib, sursat və texnika baxımından tamamlanmağa ehtiyac duyur. Daha sonra planların korrektəsi aparılmalı və hansısa ikinci raund başlamalıdır”, - deyə o bildirib.

O.Arestoviçin sözlərinə görə, bu müddətdə artıq Ukrayna ordusunun ikinci raundu başlayır, səfərbərlik, ehtiyatda olanlar vasitəsilə tamamlanma işləri aparılır: “Operativ fasilə bizim bəzi qoşunlarımızın ayrı-ayrı məntəqələrdə hətta qısa əks-hücumlara keçməsi ilə xarakterikdir”.

Onun sözlərinə görə, Rusiyanın apardığı əməliyyatlar psixoloji şok yaratmağa və ukraynalıları qorxutmağa yönəlib.

“Yadınızda saxlayın ki, ilk şok keçəcək, nə qədər qəribə səslənsə də, biz baş verənlərə öyrəşəcəyik, normal döyüş fəaliyyəti aparılacaq”, - deyə müşavir qeyd edib.

O, Ukrayna ordusunun Xarkovu saxlamağa nail olduğunu vurğulayıb. Bu istiqamətdə Rusiya ordusu hücuma keçsə də, böyük itkilər verib və geri çəkilib, hətta Xarkovdan müəyyən məsafəyə qədər uzaqlaşıb.

Ukrayna Prezidenti ofisinin rəsmisi həmçinin digər istiqamətlərdəki döyüşlər üzrə operativ məlumatları çatdırıb: “Azov və Qara dənizlərdə heç bir desant yoxdur, Odessanı əldən verməyəcəyik, bir-iki gün sonra vəziyyət sabitləşəcək. Düşünürəm ki, hətta sabah belə oyunun qaydaları bir qədər aydın olacaq”.

O qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın neytral statusu haqqında danışıqlar təklif etməsi Rusiyanın əməliyyatların inkişaf tempini qiymətləndirməsini göstərir. Bununla da Rusiya işin öhdəsindən gələ bilmədiyini və siyasi təkliflərin vaxtının çatdığını anlayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

Elariz Məmmədoğlu: "Qazancım haqda soruşmayın"

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Cəlilabadda yanan evdə qalan azyaşlı xilas edilib - Yenilənib

Ən çox oxunanalar