Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xarici tələbə və nümayəndə heyətləri Füzuli ilə Cəbrayıla yollandı

Azərbaycanın 16 ali təhsil müəsissəsinin 31 ölkəni təmsil edən 40 əcnəbi tələbəsinin və nümayəndə heyətinin işğaldan azad olunmuş FüzuliCəbrayıl rayonlarına səfəri başlayıb.

PİA.az-ın məlumatına görə, səfər "Azərbaycan gəncliyi 2017 - 2021-ci illərdə" Dövlət Proqramının gənclərin beynəlxalq əməkdaşlığı və mübadiləsinin genişləndirilməsi bəndinin icrası ilə əlaqədar həyata keçirilir. İcraçı qismində Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Təhsil və Müdafiə Nazirlikləri çıxış edir.

Ümumilikdə 65 nəfərdən ibarət səfər iştirakçıları işğaldan azad olunmuş ərazilərdə şərti mina partlayışını izləyəcək, Füzulidə qədim məscid, qəzet redaksiyası, hərbi hissə, köhnə qəbiristanlıq və şəhər dağıntılarını ziyarət edəcək.

Cəbrayılda isə Xudafərin körpüsü, su elektrik stansiyası, "Dostluq bulağı", "Qədim çinar" yay kinoteatrı, şəhər qəbiristanlığı və şəhər dağıntılarına baş çəkiləcək.

Eyni zamanda, xarici tələbələrin ifasında milli folklor nümunələri sərgilənəcək. Böyük milli bayrağın açılması və dövlət himninin canlı oxunması fleşmobu da səfər proqramına daxildir.(Report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ən çox oxunanalar