Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xankəndində mitinqlər... - Vardanyanın “yeni oyunu”, yoxsa Rusiyaya xəyanət?..

Mayın 9-da Xankəndində anti-Rusiya mitinqi keçirilib və bu mitinqlərdə separatçıların düşərgəsində parçalanma açıq şəkildə ortaya çıxıb...

Politoloq: “İndiki məqamda Vardanyanın aksiyalar keçirməyinə əslində tərs psixologiya ilə yanaşmaq lazımdır. Yəni, o bununla ermənilərin yanında olduğunu, yeri gələndə Rusiyaya qarşı da dura biləcəyi mesajını verir”.

“Seperatçılar arasında parçalanma uzun müddətdir var. Vardanyanın gəlişi ilə onunla Araik Arutunyan arasında gərginliyə səbəb olub və separatçılar arasında parçalanmanı daha da gücləndirib”.

Bu sözləri politoloq Turan Rzayev Xankəndində keçirilən mitinqləri Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi mayın 9-da Xankəndində anti-Rusiya mitinqi keçirilib. Keçirilən mitinqdən paylaşılan fotolarda ermənilərin Rusiyaya və Putinə qarşı etiraz şüarlarının daha çox yer aldığı məlum olur. Separatçılar ara-sıra Azərbaycana qarşı da şüarlar səsləndiriblər. Maraqlıdır ki, mitinq iştirakçıları 2 qrupa bölünüb. Birinci qrupda Qarabağdakı separatçılar iştirak etsələr də, digər qrupa erməni milyarder Roben Vardanyan başçılıq edib.

Demək olarmı ki, Vardanyan Rusiyaya xəyanət edir? Eyni zamanda Qarabağda seperatçıların parçalanması artıq açıq şəkildə görünürmü?

Qarabağda baş verənləri Poliqon-un əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Vardanyanın Qarabağda rahat şəkildə aksiya keçirməsi ondan xəbər verir ki, proseslər Kremlin nəzarəti altında olan hadisədir”.

Bu aksiyaların erməni ictimaiyyətinin Vardanyana inamını artırmaq məqsədini daşıdığını düşünən politoloq Poliqon-a açıqlamasında bildirib ki, ümumiyyətlə, bu şəxsin hələ də Qarabağda qalması və fəaliyyət göstərməsi bununla bağlıdır:

“Əvvəla qeyd edim ki, Ruben Vardanyan Kremlin hazırladığı siyasi bir fiqurdur. Eyni zamanda bu şəxs milyarderdir və biznesinin böyük qismi Rusiyadadır. Reallıqları nəzərə alanda Vardanyanın Rusiyaya qarşı gəlməsi inandırıcı deyil, heç düşünmürəm də ki, bu belə olsun.

Ruben Vardanyan Kremlin mətbəxindən çıxan şəxsdir və bu şəxsin ali məqsədi Ermənistan siyasi arenasına daxil olmaqdır. Təcrübə göstərir ki, Ermənistan siyasətinə daxil olmaq istəyən müxalif şəxslər Qarabağdan keçid ediblər. Misal üçün Serj Sərkisyan, Robert Köçəryan, Ter-Petrosyan Qarabağ klanının nümayəndələri olublar və buradan İrəvanda prezident kürsüsünə oturablar. Bunların hamısı da Rusiya tərəfindən hazırlanan şəxslərdir. Yalnız Paşinyan istisnadır ki, o Qərb tərəfindən Ermənistana hakimiyyətə gətirildi.

İndiki məqamda Vardanyanın aksiyalar keçirməyinə əslində tərs psixologiya ilə yanaşmaq lazımdır. Yəni, o bununla ermənilərin yanında olduğunu, yeri gələndə Rusiyaya qarşı da dura biləcəyi mesajını verir. Əslində qalanda isə bu aksiyalarla Vardanyan Ermənistanda Qərb meyilli elitanın dəstəyini qazanmağa çalışır. Amma düşünmürəm ki, bunun xaricində Vardanyan Rusiyaya qarşı nəsə edə bilsin. Çünki nəzərə almaq lazımdır ki, regionda Rusiya sülhməramlı qüvvələri var və onlar çox rahat şəkildə Vardanyanı ələ keçirib Azərbaycana təhvil verə bilərlər. Amma Rusiya sülhməramlılarının məsələyə reaksiya bildirməməsi, Vardanyanın rahat şəkildə aksiya keçirməsi ondan xəbər verir ki, proseslər Kremlin nəzarəti altında olan hadisədir.

Turan Rzayev: “Seperatçılar arasında üçlü yanaşma var. Bir qrup seperatçılar Rusiyanın təsiri altında qalmaq, hətta birləşmək istəyir. Digər bir qrup Azərbaycanın tabeliyində qalmaq, amma muxtariyyət şərti ilə qalmaq istəyirlər. Digər seperatçılar isə Ermənistana birləşmək istəyirlər”.

Bu aksiyalar erməni ictimaiyyətinin Vardanyana inamını artırmaq məqsədi daşıyır. Ümumiyyətlə, bu şəxsin hələ də Qarabağda qalması və fəaliyyət göstərməsi bununla bağlıdır. Çox güman ki, Kreml Bakıya Vardanyanın kim və fəaliyyətinin nədən ibarət olması barədə də məlumat verib. Yəni Vardanyan Ermənistan üçün hazırlanan bir oyunçudur. Təbii ki, bu qəbuledilməz bir məsələdir. Amma hər halda Vardanyanın özbaşına nə isə edəcəyi inandırıcı deyil. Düşünürəm ki, o birbaşa Rusiya təlimatları ilə bu işləri görür, hətta Rusiyanın özünə qarşı olduğu görünsə belə.

Onsuz da, seperatçılar arasında parçalanma uzun müddətdir var. Vardanyanın gəlişi ilə onunla Araik Arutunyan arasında gərginliyə səbəb olub və separatçılar arasında parçalanmanı daha da gücləndirib. Bundan əlavə son zamanlar Balasyan da aktivləşib. Biz bu şəxslərin timsalında seperatçılar arasında daxili parçalanmanın şahidi olmuşuq.

Seperatçılar arasında üçlü yanaşma var. Bir qrup seperatçılar Rusiyanın təsiri altında qalmaq, hətta birləşmək istəyir. Digər bir qrup Azərbaycanın tabeliyində qalmaq, amma muxtariyyət şərti ilə qalmaq istəyirlər. Digər seperatçılar isə Ermənistana birləşmək istəyirlər. Bu üç fikir ayrılığı daxildə parçalanmağa gətirib çıxarıb. Bu hal onların özü üçün də kifayət qədər çətin vəziyyət yaradıb.

Əslində, bu Azərbaycana sərf edən məqamdır. Amma hər bir halda nəzərə almaq lazımdır ki, Qarabağ seperatçıları arasında parçalanma var”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev  Nərimanov parkının açılışında iştirak edib - Yenilənib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Politoloq: İran rejimi həmişəki kimi öz ampulasındadır...

Azərbaycanın İrandakı Səfirliyinin fəaliyyəti bərpa edilib

Rusiya artıq sülh prosesində iştirak etməsinin imkansızlığını başa düşür?

NYP: Polis atıcını Trampa sui-qəsddən bir neçə dəqiqə əvvəl görüb...

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

Ən çox oxunanalar