Bazar, 15 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xankəndidəki oyunu idarə etmiş hakim: "Bu, həyatımın ən vacib matçı idi"

"Bu, həyatımın ən vacib matçı idi".

"Report" xəbər verir ki, bunu Xankəndi şəhər stadionunda "Qarabağ" və MOİK komandaları arasında keçirilmiş Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyununu idarə etmiş baş hakim Əli Əliyev Peşəkar Futbol Liqasının mətbuat xidmətinə açıqlamasında deyib.

Referi işğaldan azad olunmuş torpaqlarda ilk qarşılaşmanın hakimi olduğu üçün qürur hissi keçirdiyini bildirib.

Vətən müharibəsi iştirakçısı həm döyüşlərdə ədaləti bərpa etməyə çalışdıqlarını, həm də yaşıl meydanlarda ədaləti qoruduqlarını söyləyib: "Bununla fəxr edirəm. Dövlətimə və millətimə minnətdaram. Müharibədə də bizi çox dəstəklədilər. Təyinat gələndə çox qürurlandım. Atmosfer çox gözəl idi. İnsanlar da "şəhidlər ölməz, vətən bölünməz" şüarı səsləndirirdilər. Döyüşçü kimi orada hisslər tam başqa idi. Fikrimiz irəli getmək və torpaqlarımızı azad etmək idi. Hakim kimi də əziyyətimizin bəhrəsini gördük. Çox sevinirdik".

Qeyd edək ki, Xankəndi şəhər stadionundakı qarşılaşma "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazirin vəzifəyə təyin etdiyi Gündüz Əbdülov kimdir? - Dosye

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Səfərdə pulsuz və sənədsiz qalsanız, nə edəcəksiniz?

Həkim uzunömürlülük üçün əsas amilləri açıqladı

Azərbaycanda ilk dəfə “Moruq Festivalı” keçirilir

Ağdərədə yanğınsöndürmə avtomobili qəza edib, ölən və xəsarət alanlar var - Yenilənib

Aprel döyüşlərinə görə qovulan generalla bağlı qərar

Bunları etsəniz, başınızın ağrımaq bəhanəsi olmayacaq

MSK Qələndər Muxtarlının şikayətini təmin etməyib

Rusiyada Böyük Vətən müharibəsində həlak olan 268 nəfərin qalıqları dəfn olunub

Ən çox oxunanalar