Bazar ertəsi, 16 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Virusun yeni növü haqda məlum olanlar

Son günlər Böyük Britaniyada koronavirusun mutasiyaya uğramış yeni növünün yayılması narahatlıqları daha da artırıb.

Novator.az saytı bunu nəzərə alaraq ABŞ-ın “Reuters” agentliyinin təqdim etdiyi arayışdan əsas məqamları oxucuların diqqətinə çatdırır.

“Reuters” yazır ki, bu, koronavirusun mutasiyaya uğramış yeganə forması deyil, amma Britaniyada meydana çıxan yeni infeksiya əvvəlkindən 70 faiz sürətlə yayıldığına görə həkimlərin əksəri onun daha təhlükəli olduğu qənaətindədir.

Virus İngiltərənin cənub bölgəsində, əsasən də paytaxt Londona yaxın olan Kent qraflığında sürətlə yayılmağa başlayıb və bu bölgədə infeksiya diaqnozu ilə xəstəxanaya yerləşdirilənlərin sayı çoxalıb.

Avstraliya, İtaliya və Niderland hökumətləri də öz ölkələrində yeni epidemiya aşkar etdiklərini açıqlayıb.

İslandiya və Danimarkadan da Avropa Xəstəliklərin Profilaktikası və Nəzarət Mərkəzinə, Avropa Xəstəliklərin Monitorinqi Agentliyinə oxşar məlumatlar daxil olub.

London İmperial Kollecində çalışan tibb professoru Piter Openşou virusun yeni növünə ciddi yanaşmağı məsləhət görüb.

Kembric Universitetinin professoru Şon Fitscerald isə vəziyyətin çox kritik olduğunu bəyan edib.

Narahatlığa əsas səbəb infeksiyanın yeni növünün daha sürətlə yayılmasıdır.

Virusun yeni növünün ginetik kodunda 23 mutasiya, yəni əvvəlkinə nisbətən daha çox dəyişiklik mövcuddur və onlardan bəziləri infeksiyanın yayılma sürətinə təsir edib. Nəticədə virusun ötürülməsinin sürəti artıb. Bu isə pandemiyaya nəzarəti çətinləşdirib və onun daha çox ölkədə sürətlə yayılması riskini doğurub.

London Gigiyena və Tropik Tibb Məktəbinin yeni infeksion xəstəliklər üzrə professoru Martin Hibberd bildirib ki, koronavirusun yeni növü onun orijinalı qədər ölümcüldür, yəni daha artıq ölümcül deyil. Amma yeni növün ötürülmə qabiliyyəti güclüdür, daha çox adamı yoluxdura bilər, deməli, virusdan ölüm sayı da arta bilər.

Koronavirus əleyhinə peyvəndlər insanları virusun yeni növündən də müdafiə edə biləcəkmi? Suala cavab verən alimlər deyiblər ki, COVİD-19 peyvəndlərinin infeksiyanın yeni növü qarşısında aciz olacağını iddia etmək üçün hələ ki, heç bir sübut yoxdur.

Britaniya hökumətinin baş elmi müşaviri Patrik Vallans COVİD-19 peyvəndinin koronavirusun yeni formasına qarşı immunitet yaratmaq gücündə olduğunu deyib.

Virusoloq, Laster Universitetinin professoru Culian Tanq korornavirusun yeni növündə vaksinin təsirini azalda biləcək dəyişikliyin müşahidə olunmadığını söyləyib.

Amma mütəxəssislər virusun yeni növünün test nəticələrinə müəyyən dərəcədə təsir edə biləcəyini düşünürlər. Çünki yeni növdə mutasiya elə gedib ki, bəzi testlərdə hədəf kimi seçilən genlərin birində dəyişiklik yaranıb. Bu isə o deməkdir ki, test zamanı həmin sahədən, həmin “kanal”dan yanlış məlumat əldə oluna bilər.

Amma virusoloqlar onu da qeyd ediblər ki, test bir deyil, bir neçə geni hədəf götürdüyünə görə mutasiyaya uğramış gen müayinənin nəticəsinə qismən təsir göstərə bilər. Ona görə alimlər mutasiyanın test nəticələrini tam yanlış istiqamətə yönəldəcəyi riskinin az olduğunu vurğulayırlar.

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel döyüşlərinə görə qovulan generalla bağlı qərar

İlham Əliyev "Formula-1"in prezidenti və baş icraçı direktorunu qəbul edib - Yenilənib

İlqar Mikayıloğlu efirdə “Türkiyə gözəli”ni təhqir etdi

Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - Foto

İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib - Yenilənib

23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin bir məntəqəsində nəticələr ləğv olunub

Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıblar - Yenilənib

Azərbaycan Qran-prisi: "Formula 2"də qalib bəlli olub - Yenilənib

Bild: Kiyev münaqişənin müvəqqəti dondurulmasına hazırdır

Bakının erməni-bolşevik işğalından azad olunmasından 106 il ötür

Ən çox oxunanalar