Cümə, 14 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Virus yox, iqtisadiyyat öldürür” - Qərb ölkələri çarəsiz vəziyyətdədir...

Özlərini “dünyanın tanrısı” elan edən ABŞ-a və Avropaya nə oldu?...

İbrahim Karagül

“Yeni Şafak” qəzeti, Türkiyə, 17 aprel 2020-ci il

Epidemiya halları dövlət idarələrini və ictimai əlaqələri çökdürür. Bu, dünyanı idarə etməyə çalışan ölkələrin, hətta öz ölkələrini belə idarə edə bilmədiklərindən xəbər verir.

ABŞ-da vəziyyət dəhşətli həddə çatıb: 24 saat ərzində 4931 insan ölüb. Silahlı dəstələr yolu kəsirlər. Bu, dünya müharibəsinə belə səbəb ola bilər.

Özünü “dünyanın tanrısı” elan edən ABŞAvropaya nə oldu? Ərdoğan niyə “düşən yüksələr, yüksələn düşər” dedi? Ən əsası da, korona simulyasiyası nədir və bunun Bill Qeytslə nə əlaqəsi var?

Koronavirus pandemiyası (Covid-19) dünya müharibəsinə səbəb ola bilərmi? Bəzi ölkələrdə daxili qarşıdurmalar yarana bilərmi?

Bu virusdan daha böyük qlobal böhranlar baş verə bilərmi? Yaxud da virus yeni bir qlobal böhranın əsasını qoya bilərmi?

Bu pandemiya bəzi ölkələrin etibarını ciddi şəkildə zədələyib, şöhrətini məhv edib və çarəsizliyini ifşa edib. Bir sözlə, onların zəif cəhətlərini üzə çıxarıb.

Koronavirus bir çox ölkələrin, əslində o qədər də sehrli, güclü və mübariz olmadığını, var-dövlət və eqoizmlərinin altında böyük bir ümidsizlik olduğunu və epidemiyanı idarə etməkdə necə aciz olduqlarını dünyaya göstərib.

Virus Çindən çıxdı, amma ABŞ-a zərbə vurdu

Bu çarəsizlik nümunələrində birinci yer ABŞ-ındır. Texnologiya, təhlükəsizlik və kapital ilə tanınan və bütün dünyanın ən yaxşı ölkəsi kimi tanınan ABŞ böhranı idarə edə bilməyib, epidemiyanı yavaşlatmağı bacarmayıb və öz vətəndaşlarını qoruya bilməyib.

Virus Çindən çıxdı, dünyaya yayıldı, lakin ancaq ABŞ-a zərbə vurdu. Nyu-York virusun mərkəzinə çevrilib. 20 mindən çox ölüm faktı ilə dünyada birinci yeri tutan ABŞ-da sosial həmrəyliyin, əslində bir heç olduğu ortaya çıxıb. İnsanlar dünyanın gözü qarşısında çarəsiz vəziyyətə düşürlər. Bu ölkədən hər gün dəhşətli açıqlamalar gəlir.

ABŞ-da, hətta silahlı mülki şəxslər yol kəsməyə başlayıblar

Dünən çıxan bir xəbəri paylaşmaq istəyirəm:

“Miçiqan ştatında insanlar silahları ilə küçəyə çıxıblar. Onlar Demokrat Partiyasından olan ştat rəhbərinin komendant saatı tətbiq etməsinə etiraz etmək məqsədilə parlament binası önündə nümayiş keçirib, yolları da bağlayıblar. “Virus yox, iqtisadiyyat öldürür”, şüarı ilə etiraz edən nümayişçilər ABŞ-ın daxili təhlükəsizliyi baxımından təhdidi və sosial bölünməni önə çıxarıblar”.

Bu, sadə bir pandemiya deyil. Epidemiya halları dövlət idarələrini və ictimai əlaqələri çökdürür. Bu, dünyanı idarə etməyə çalışan ölkələrin, hətta öz ölkələrini belə idarə edə bilmədiklərindən xəbər verir.

ABŞ böhranı idarə edə bilmədiyi üçün öz daxilində bölünmə yaşayır. Birləşmiş Ştatlar böhranı yenidən idarə edə bilmədiyi üçün yenə Çinlə toqquşur. Bütün bunlar da öz ayıbını, zəifliyini gizlətmək üçündür.

Özlərini “dünyanın tanrısı” elan edən ABŞ-a və Avropaya nə oldu?

Fransa, İngiltərə, İtaliya və İspaniyanın da gücü kölgədə qalıb. Onların zəngin, güclü və inkişaf etmiş ölkə imici tamamilə zəifləyib. Bu ölkələr bütün imkanlarına baxmayaraq, pandemiyaya qarşı effektiv şəkildə mübarizə apara bilməyiblər. Daha kasıb və zəif ölkələr onlardan daha uğurlu oldular.

Yaxşı bəs insanlar bununla maraqlanmayacaqlar? Dünya bu vəziyyətə nə deyəcək?

ABŞAvropaya nə oldu? Yüz illər boyunca dünyanı müstəmləkəyə çevirən, bütün siyasi və iqtisadi sistemləri idarə edən, təkmilləşdirən və yeridən, qurduqları dünya nizamının sorğulanmasına belə dözə bilməyən, özlərini dünyanın tanrısı, “hər şeyin ən yaxşısı” elan edən bu ölkələrə nə oldu?

Türkiyə artıq qlobal oyunçuya çevrilir. Ərdoğan niyə “düşən yüksələr, yüksələn düşər” dedi?

Görəsən, bundan sonra bu ölkələrin axırı necə olacaq? Dünyaya, bəşəriyyətə nə verə biləcəklər? Hansı aspektlərdə onlar nümunə və model ola bilər? Hansı bacarıqları ilə bəşəriyyətin qarşısına keçib bir yol axtaracaqlar? Bu artıq mümkündürmü? Əlbəttə, xeyr.

Əsrlər boyu getdikləri yolun sonuna çatdılar.

Asiya ölkələri və Türkiyə pandemiya böhranına qarşı uğurla mübarizə aparır. Qərb mətbuatında Türkiyəni “yeni qlobal oyunçu” adlandırmağa başlayıblar. Güc mərkəzinin dəyişməsi təkcə böyük müharibələr nəticəsində ərsəyə gəlmir. Böyük sosial dəyişikliklərlə cəmiyyətləri və ölkələri sarsıda biləcək şeylər də baş verə bilər.

Hazırkı virusun yayılması onsuz da davam edən qlobal dəyişikliyi daha sürətləndirib. Vəziyyət budur.

Prezident Ərdoğan Türk Şurasının “Covid-19 Pandemiyasına Qarşı Həmrəylik Zirvəsi”ndə Qutadqu Biligdən belə bir sitat gətirib: “Düşən yüksələr, yüksələn düşər, parlayan sönər və yüksələn dayanar”.

Türkiyənin və dünyanın vəziyyəti hazırda məhz budur.

Sataşmalar da başlayıb. Çarəsiz qan ABŞ: “Virusu Çin yaydı”, deyib.

AvropaABŞ sınaqdan keçir. Qərbin çoxəsrlik müstəmləkəçilik siyasəti və 21-ci əsr üçün hazırladığı yeni müstəmləkə nizamı ilə bağlı planları radikal şəkildə sınağa çəkilir. Bu cür davam etsə, Qərb üçün tarixin sonu gəlib çatacaq.

ABŞAvropa öz çarəsizliyini ona-buna sataşaraq ört-basdır etməyə çalışır. AB ölkələri Avropa Birliyinə qəzəbli sözlər deyir. ABŞ da günahı beynəlxalq təşkilatların üstünə atır. Özünü belə xilas etməyə çalışır. Məsələn, Ümumdünya Səhiyyə Təşkilatını qınayır. Həmçinin, Çinə hücum edir. ABŞ, İngiltərə və İsrail bu virusun təbii olmadığını, Vuhandakı bir laboratoriyada istehsal edildiyini və bir işçidən dünyaya yayıldığını söyləyib (iddianın mənbəyi İsrail kəşfiyyatıdır). Bu isə bütün itkilərə görə Çini ittiham edəcəklərinə və buna görə də böyük bir dava başlayacağına işarə edir.

Çin: Bizə bu virusu gətirən ABŞ əsgəridir

Bəs məsələnin Bill Qeytslə nə əlaqəsi var? Korona simulyasiyası nə deməkdir?

Digər tərəfdən Çin 18-27 oktyabr 2019-cu il tarixlərində Vuhan şəhərində keçirilən hərbi nümayişlərə 300 ABŞ əsgərinin gəldiyini, 100 ölkənin iştirak etdiyini və ABŞ əsgərlərinin virusu həmin vaxtı Vuhana gətirdiyini iddia edir.

Pekin rəhbərliyi bu hadisədən cəmi 2 həftə sonra koronavirusun aşkarlandığını deyir. Bəzi dairələr, hətta Vuhana gedən ABŞ əsgərlərinin Merilenddəki ABŞ hərbi laboratoriyası ilə əlaqədə olduqlarını iddia edirlər.

Üstəlik, Bill Qeyts Fondunun və Dünya İqtisadi Forumunun sponsorluğu ilə MKİ, Dünya Bankı, BVF işçilərinin iştirak etdiyi, bəzi dərman şirkətlərinin üzvlərinin də olduğu 1000 koronavirus simulyasiyasının yaradıldığını və bu simulyasiyadan bir neçə həftə sonra Vuhanda epidemiyanın başladığını iddia edir.

ABŞAvropanın missiyasi səriştəsizlik, siyasi şantaj, hərbi təhdiddən ibarətdir. Lakin artıq geri dönüş yoxdur.

Əlbəttə, bunlar iddialar və fərziyyələrdir. Lakin ABŞ və Çin münaqişəni tez bir zamanda bu bölgəyə keçirməyə meyllidirlər.

İttihamlar daha da ağırlaşacaq. Qarşılıqlı hücumlar daha da artacaq. Ölkələr günahı başqalarının üstünə atmağa çalışacaqlar. ABŞAvropa öz bacarıqsızlığına və çarəsizliyini örtmək üçün bir günahkar axtaracaq. Məhkəmə iddiaları qaldırılacaq, embarqo qərarları veriləcək, ticarət müharibələri daha da sərtləşəcək və siyasi şantaj, hərbi təhdid və ya şoular başlayacaq.

Ancaq ABŞ-ın, Avropanın köhnə şöhrəti, sehri və etibarı geri qayıtmayacaq. Dünyaya rəhbərlik etmək, nümunə və ya model olmaq üçün heç bir imkanları qalmayacaq.

Virus Qərb sivilizasiyasını çökdürdü və bir əfsanənin daha sonu gəlib çatdı. Dünya qırılma nöqtəsindədir.

Virus pandemiyası Qərb sivilizasiyasının çoxəsrlik şöhrətini və dəyişilməz gücünü əzib keçdi. Yəni bir əfsanənin sonunu gətirdi. Kimləri günahlandırsalar da və ya bir davaya tutuşsalar da, 21-ci əsrə aid bütün hesabları sıfırlandı.

Virusun pandemiyası böyük müzakirələrə səbəb olur. “Dünya eyni dünya olmayacaq” sözü artıq reallaşmağa başlayıb. Yeni qüvvələr sürətlə yüksələcək. Türkiyə də bu qüvvələrdən biridir.

Bu yazının orijinalı yazılarkən ABŞ-dan son 24 saatın hesabatı gəldi: 4931 nəfər həyatını itirib.

Sırf bu statistika belə dünya müharibəsini başlada bilər.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlin ən dəhşətli cinayəti: Əhmədin ifadəsində sensasion faktlar

Nikol Paşinyan: Qarabağ Azərbaycanın bir hissəsidir

ABŞ-ın son sanksiyalarından sonra rublun taleyi necə görünür?

Dünya neft içində üzəcək - Bəs Neft maqnatları üçün "kədərli son" nə vaxt gələcək?..

Hərbi xidmətə çağırışda yeniliklərlə bağlı rəsmi açıqlama

Natiq Miri: Dünyanın idarə olunması tamamilə alt-üst olub...

İstiqlal Muzeyi tərəfindən “Təmiz Dünya” Qadın və Uşaq sığınma evi ziyarət edilib

Polad Həşimovun oğlu: "Çox istəyərdim ki, atam da yanımda olsun" - Video

Prezident Ailə Məcəlləsindəki dəyişiklikləri təsdiqlədi

Azərbaycanda ticarət mərkəzində meyit tapıldı

Ən çox oxunanalar