Bazar ertəsi, 16 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Velosiped sürənlər niyə cərimələnir?

Son vaxtlar Bakıda və digər bölgələrdə velosiped sürənlərin polis əməkdaşları tərəfindən saxlanılaraq cərimələnməsinə dair məlumatlara tez-tez rast gəlinir.

DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, həmin şəxslər barəsində velosiped sürdüklərinə görə deyil, məhz qaydaları pozduqlarına görə barələrində inzibati tədbirlər görülür:

“Biz də vətəndaşlarımızın velosipeddən istifadə etmələrinin tərəfindəyik və alqışlayırıq da. Çünki velosipedin həm sağlamlığa müsbət təsiri var, həm də ekoloji baxımdan da olduqca sərfəli hərəkət vasitəsidir. Lakin qanun velosipedi harada və necə gəldi sürməyə icazə vermir. Hərəkətin intensiv olduğu və sıxlıq olan yerdə velosipedin sürülməsi həm orada istirahət edən insanlara mane olur, həm də təhlükə yaradır.

Dəfələrlə yol-nəqliyyat hadisələri qeydə alınıb ki, hadisəyə səbəb məhz velosipedçi olub. Ona görə də velosipeddən istifadə edən vətəndaşlarımız mütləq qaydada qanun və qaydaya riayət etməli və velosipedi onlar üçün ayrılmış məkanlarda, ətrafdakı insanların, nəqliyyat vasitələrinin hərəkətinə mane olmayan daha təhlükəsiz yerlərdə idarə etməlidirlər. Belə olarsa, onlar cərimələnmədən, öz həyatlarını təhlükəyə qoymadan velosipedlərini rahat şəkildə sürüb sağlamlıqlarının qayğısına qalmış olacaqlar. Bir daha vurğulayıram ki, barələrində inzibati tədbir görülənlər velosiped sürdüklərinə görə deyil, məhz qaydalara əməl etməyərək velosipedlərini müəyyən edilməyən yerlərdə sürdüklərinə görədir”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel döyüşlərinə görə qovulan generalla bağlı qərar

Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - Foto

İlham Əliyev "Formula-1"in prezidenti və baş icraçı direktorunu qəbul edib - Yenilənib

Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıblar - Yenilənib

İlqar Mikayıloğlu efirdə “Türkiyə gözəli”ni təhqir etdi

İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib - Yenilənib

23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin bir məntəqəsində nəticələr ləğv olunub

Azərbaycan Qran-prisi: "Formula 2"də qalib bəlli olub - Yenilənib

Azərbaycan Qran-prisi: "Formula 1"də əsas yarış başlayıb

24 saylı Nizami Seçki Dairəsinin 5 məntəqəsinin nəticələri ləğv edilib

Ən çox oxunanalar