Çərşənbə axşamı, 28 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ÜST: Hökumətə testlərlə bağlı dəstəyimiz çox da böyük deyil, hökumət özü daha çox test alır

Bunu ÜST-ün Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib...

“Koronavirusa yoluxanların sayı 1 milyonu keçib. Virusa yoluxanların sayının getdikcə daha da artması gözlənilən idi, çünki yoluxma sürətlə artır. Virusun bəlkə də əvvəldən təxmin etdiyimizdən də çox yoluxuculuğu ola bilər deyə düşünürəm”.

PİA.az-ın məlumatına görə, bunu APA TV-yə açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, hazırda dünyanın bir çox ölkəsi karantin rejimləri tətbiq etməklə virusun yayılma artım sürətini azaltmağa çalışır: “Qaydalara, tövsiyələrə əməl etmək, diqqətli olmaq lazımdır”.

H. Harmançı xəstəlik ilk başladığı dövrlərdə Ümumdünya Səhiyyə Təşkilatının diaqnostik testlərlə bağlı Azərbaycan hökumətinə dəstək göstərdiyini də deyib.

“Onda test əldə etmək daha çətin idi, indi bir az daha asandır. Artıq hökumətlər özləri testləri ala bilir. Bizim Azərbaycan hökumətinə diaqnostik testlərlə bağlı göstərdiyimiz dəstək çox da böyük deyil. Hökumət özü daha çox test alır”, - deyə o vurğulayıb.

H. Harmancı ÜST olaraq Azərbaycana xəstəxanalarda istifadə olunan müəyyən miqdarda maska, əlcək kimi şəxsi qoruyucu vasitələr gətirdiklərini də bildirib: “Bu miqdar çox az olsa da, bir xəstəxanada dərhal lazım olan ehtiyacı qarşılayıb. Az da olsa dəstək verə bildiksə, buna sevinirik. Lakin bu qoruyucu vasitələrin çox hissəsini yenə də hökumət özü alır”. (APA)

pia.az

 


Etiket: ÜST

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda üç zavod satışa çıxarıldı - Qiymətlər

Prezident və birinci xanım “Crescent Mall” ticarət mərkəzinin açılışında iştirak ediblər - Yenilənib

Emin 4 il əvvəl boşandığı modellə yenidən evləndi

Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib

Şabranda komaya düşən məktəbli xəstəxanada ölüb

Kanalda batan Azərbaycan hərbçisinin meyiti tapılıb

Zaqatalada 44 yaşlı qadın odlu silahla qətlə yetirilib, qardaşı saxlanılıb

NATO Parlament Assambleyası Ukraynaya alyans silahları ilə Rusiyaya hücum etməyə icazə verib

Ən çox oxunanalar