Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynadakı səfirlə bağlı Poroşenkoya müraciət olundu - Foto

Azərbaycanın Ukraynadakı sabiq səfiri Tələt Əliyev bu ölkənin prezidenti Petro Poroşenkoya müraciət edib

T.Əliyevin Ukrayna prezidentinə məktub göndərməsinə səbəb bu ölkədəki Azərbaycan diasporunun fəalları ilə hazırkı səfiri Azər Xudiyev arasında son dövrlər yaşanan gərginlikdir.

T.Əliyev məktubunun əvvəlində səfir olduğu müddətdə Ukrayna ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsi, dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində gördüyü işlərdən söz açaraq, hazırda səfir Azər Xudiyevin şikayəti əsasında açılmış cinayət işinin istintaqına cəlb olunması faktına diqqət yönəldib.

Xatırladaq ki, səfir A.Xudiyev 2007-2009-cu illərdə (T.Əliyevin səfir olduğu illər – Red.) səfirliyin binasında aparılmış təmir zamanı yeyintiyə yol veridiyini iddia edir. Onun rəsmi şikayəti əsasında cinayət işi açılıb və məhkəmənin qərarı ilə sabiq səfir T.Əliyevin evində axtarış aparılıb. Sabiq səfir iddiaları qəbul etmir və bildirir ki, səfir postunda çalışarkən A.Xudiyev onun tabeçiliyində işləyib və vəzifələrinin öhdəsindən gələ bilmədiyinə görə barəsində Azərbaycan Xarici İşlər Nazirliyinə rəsmi şəkildə məlumat verib. T.Əliyev hesab edir ki, A.Xudiyev indi ondan qisas almağa çalışır.

T.Əliyev Ukrayna prezidentinə göndərdiyi məktubda səfirliyin binasında yaranmış problemləri yaxınlıqda çoxmərtəbəli binanın tikilməsi ilə əlaqələndirib. Sabiq səfir prezident Poroşenkonun diqqətinə çatdırıb ki, ərazi sürüşməyə meyilli olduğundan, orada nəhəng tikinti işinin aparılması əlavə yükləmələr yarada bilərdi və bu səbəbdən o, səfir postunda olarkən həmin binanın tikintisinə qarşı çıxıb: “Mən bu tikintinin qarşısını almaq üçün dəfələrlə Kiyev Meriyasına və digər əlaqədar qurumlara müraciət etmişdim. İmkan vermirdim ki, orada bina tikilsin. Çoxmərtəbəli binanın bünövrəsi dərində olmaldır. Bunun üçün qazıntı işləri aparılmalıdır və təbii ki, bu işlər bizim səfirliyin binası üçün təhlükə yaradacaqdı. Eyni zamanda, səfriliyə çox yaxın ərazində çoxmərtəbəli binanın tikintisi bizə təhlükəsizliyin təmin olunmasında da problem yaradacaqdı. Çünki həmin binadan səfirliyin bütün ərazisi olduqca aydın şəkildə görünəcəkdi. Oradan istənilən terror aktı üçün istifadə etmək olar. Ona görə də biz həmin binanın tikintisinə yol vermədik. Lakin təəssüf ki, Azər Xudiyev səfir olandan sonra binanın tikintisinə başlanıldı”.

Məktubda T.Əliyev Ukrayna prezidentindən xahiş edir ki, məsələni nəzarətinə götürsün və istintaqın dayandırılmasına köməklik göstərsin.

Məktubda həmçinin səfir A.Xudiyevin Ukraynda yaşayan azərbaycanlılar və xüsusən diaspor fəalları ilə bağlı bu ölkənin hüquq-mühafizə orqanlarına müxtəlif şikayətlər göndərməsindən də söz açılıb. T.Əliyev xahiş edib ki, Ukrayna prezidenti ölkənin hüquq-mühafizə orqanlarından səfir A.Xudiyevin azərbaycanlılara qarşı yazdığı şikayət ərizələri ilə bağlı informasiya tələb etsin. Eyni zamanda, xahiş olunur ki, Ukraynanın Xarici İşlər Nazirliyindən A.Xudiyevin fəaliyyətinin Ukrayna-Azərbaycan əlaqələrinə hansı təsirləri göstərməsi barədə informasiya məruzəsi istənilsin.

Qeyd edək ki, səfir A.Xudiyevin Azərbaycan səfirliyinin binasında aparılmış təmir işləri ilə bağlı Ukraynanın hüquq-mühafizə orqanlarına şikayət etməsi Azərbaycanda narazılıqla qarşılanıb. Hətta məsələ Milli Məclisdə də diqqət mərkəzinə gətirilib və deputatlar səfirin davranışlarına tənqidi yanaşıblar.(missiya.az)

pia.az

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

Putin qərar verdi - Ciddi şəkildə cəzalandırılacaq...

Sumqayıtda 40 yaşlı kişini ürəyindən bıçaqladılar

779 milyonluq boru cəmi 14 il işləyə bildi: Susuzluqdan başını çöldə yuyan sakinlər

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddəki “Mexrli” məktəbi ilə tanış olublar - Yenilənib

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib

Putin Paşinyanla Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə edib - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay