Cümə, 07 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Üç ölkə Kiyevin NATO-ya üzvlüyünün sürətləndirilməsi ilə bağlı bəyanat imzalayıblar

Ukraynanın Baş naziri Denis Şmıqal, Polşanın hökumət başçısı Mateuş Moravetski və Litvanın Baş naziri İnqrida Smonyte rəsmi Kiyevin NATO-ya üzvlüyünün sürətləndirilməsi ilə bağlı üçtərəfli bəyanat imzalayıblar...

PİA.az xəbər verir ki, bunu D.Şmıqal teleqramda yazıb.

Sənəd noyabrın 26-da Kiyevdə “Lüblin üçbucağı” formatındakı görüş çərçivəsində imzalanıb.

Bəyanatın məqsədi Ukraynaya yardımın gücləndirilməsi, həmçinin bu ölkənin NATO-ya və Avropa İttifaqına (Aİ) üzvlüyünün sürətləndirilməsidir.

Bəyanatda Ukraynaya hərbi, maliyyə və humanitar yardımın daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, “Lüblin üçbucağı” Ukrayna, Litva və Polşanı birləşdirən diplomatik təşəbbüsdür. Bu alyansın yaradılması haqqında bəyannaməni iştirakçı ölkələrin xarici işlər nazirləri 28 iyul 2020-ci ildə Polşanın Lüblin şəhərində imzalayıblar. Bu format çərçivəsində Varşava, Vilnüs və Kiyev siyasi, iqtisadi, sosial və mədəni sahələrdə əməkdaşlıq edir.

pia.az


Etiket: Ukrayna

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sevmədiyi adamların əti ilə qidalanan, Rusiyanın ən yaşlı qatili Sofiya Jukova

Bəzi rənglərdə olan maşınları alan yoxdur: Ən çox satılanlar hansılardır?

Üç bürcün həyatında xoş dəyişikliklər olacaq    

Naftalanda güllə yarası alan 37 yaşlı kişi ölüb

Xronika: Ermənistanla Azərbaycan arasında demarkasiya ediləcək növbəti ərazilər müəyyənləşib

BMT Təhlükəsizlik Şurasına yeni üzvlər seçildilər

Hər şeydən narazı olan ermənilər indi də Almatı Bəyannaməsindən narazıdırlar...

Putinin Qərb təhdid mesajı: Rusiya Qərb ölkələrini vurmaq üçün kimlərə silah verəcək?..

Ən çox oxunanalar