Bazar, 22 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hər şeydən narazı olan ermənilər indi də Almatı Bəyannaməsindən narazıdırlar...

Erməni mətbuatında Azərbaycanın Almatı Bəyannaməsi ilə sərhədlərin delimitasiya olunmasına razı olmayacağı ilə bağlı dezinformasiya xarakterli məlumatlar yayılır...

Politoloq: “Revanşistlər anlayırlar ki,Nikol Paşinyan hökuməti sülh bağlayacaqsa, ümumiyyətlə onların siyasi fəaliyyətlərinin üstündən xətt çəkiləcək”.

“Revanşist qüvvələr Almatı Bəyannaməsinə Azərbaycanın razı olmayacağı barədə dezinformasiya yayırlar. Daha sonra da Almatı Bəyannaməsinin onların maraqlarına uyğun gəlmədiyini deyirlər. Onlar bu ziddiyyətli və bir-birini inkar edən fikirləri ortaya atmaqla, əslində Ermənistan cəmiyyətində çaşqınlıq yaratmaq istəyirlər. Bu yola da ilk növbədə Nikol Paşinyan hakimiyyətini devirməyə ortaya məqsəd qoyublar”.

Bu sözləri politoloq Xəyal Bəşirov erməni mətbuatında Almatı Bəyannaməsi ilə bağlı yayılan xəbərləri Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, erməni mətbuatında Azərbaycanın Almatı Bəyannaməsi ilə sərhədlərin delimitasiya olunmasına razı olmayacağı ilə bağlı dezinformasiya xarakterli məlumatlar yayılır. Halbuki artıq Qazax istiqamətində bu Bəyannaməyə uyğun qaydada delimitasiya aparılıb və bu proses də davam edir.

Digər tərəfdən əvvəllər Almatı Bəyannaməsi ilə bağlı təkidlərini israrla ortaya qoyan Ermənistan tərəfi indi də bu Bəyannamənin də İrəvanın maraqlarına xidmət etmədiyini bildirir və bu iddialar daha çox revanşist düşərgədən səsləndirilir. Lakin o da hiss olunur ki, hakimiyyət də artıq Almatı Bəyannaməsindən o qədər də mənun deyil. Çünki bütün halalrda qəsbkar erməni tərəfi Azərbaycana torpaq qaytamalı olur.

Ermənilərin bu davranışlarını necə dəyərləndirmək olar? Xüsusən, Almatı Bəyannaməsi ilə sərhədlərin delimitasiya olunması belə ermənilərin maraqlarını ifadə etmirsə, o zaman Ermənistanın məqsədi nədir?

ErmənistanAzərbaycan arasında gedən son prosesləri Poliqon-un əməkdaşı Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov ilə müzakirə edib.

Xəyal Bəşirov: “İndi Ermənistanda Almatı Bəyannaməsi ilə bağlı səsləndirilən fikirlər sülh prosesinə mane olmaq, ya da prosesi uzatmağa xidmət edir”.

Paşinyanın konstitusiya dəyişikliyi ilə bağlı real addımlar atmalı olduğunu vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, zamanla revanşist qüvvələrin bütün əsassız ittihamlarına son veriləcək:

Ermənistan cəmiyyətində belə fikirlərin səsləndirilməsi gözləniləndir. Bildiyimiz kimi, Azərbaycan-Ermənistan sülühünə mane olan qüvvələr var. Bu qüvvələr həm Ermənistan daxilində, həm də kənarda olan qüvvələrdir. Buraya “Qarabağ klanı”nın liderləri olan keçmiş prezidentlər Serj Sarkisyan, Robert Köçəryan, keçmiş müdafə naziri Seryan Ohanyan və bir sıra cinayətkar ünsürlər, hətta din xadimləri, orduda olan bəzi qüvvələr daxildir. Onların hamısı sülh prosesinə mane olan qüvvələrin önünə gedirlər. Düşünürəm ki, Serj Sarkisyanın, Robert Köçəryanın nə qədər nüfuzu aşağı olsa da, onlar sülh prosesinə mane olmaq istəyirlər və bunun üçün bütün resurslarını səfərbər edirlər.

Amma onlar çox gözəl anlayırlar ki, Azərbaycanın formalaşdırdığı yeni reallıqlar, Ermənistanı Azərbaycanla sülhə getməyə məcbur edir və bu proseslərin qarşısını almaq mümkün deyil. Delmitasiya və demarkasiya, sülh prosesi, hətta “Zəngəzur dəhlizi” məsələsinin qarşısında kimsə dura bilməz. Bunu da revanşist qüvvələr çox gözəl anlayırlar. Onlar əvvələr bu prosesin qarşısını almağa çalışalar da, hazırkı mərhələdə onlar fəaliyyətlərində deyil, məqsədlərində və niyyətlərində müəyyən dəyişikliklər ediblər. Bunu onların atdığı addımlarına görmək olur. Belə ki, onlar düşünür ki, Nikol Paşinyanı hakimiyyətdən devirib, özlərinə yaxın olan adamı hakimiyyətə gətirib Azərbaycanla normallaşan prosesləri özləri həyata keçirsinlər. Çünki anlayırlar ki, Nikol Paşinyan hökuməti sülh bağlayacaqsa, ümumiyyətlə onların siyasi fəaliyyətlərinin üstündən xətt çəkiləcək.

Xəyal Bəşirov: “Paşinyan konstitusiya dəyişikliyi ilə bağlı real addımlar atmalıdır. Bundan sonra revanşist qüvvələrin bütün əsassız ittihamlarına son veriləcək”.

Buna görə də revanşist qüvvələr Almatı Bəyannaməsinə Azərbaycanın razı olmayacağı barədə dezinformasiya yayırlar. Daha sonra da Almatı Bəyannaməsinin onların maraqlarına uyğun gəlmədiyini deyirlər. Onlar bu ziddiyyətli və bir-birini inkar edən fikirləri ortaya atmaqla, əslində Ermənistan cəmiyyətində çaşqınlıq yaratmaq istəyirlər. Bu yola da ilk növbədə Nikol Paşinyan hakimiyyətini devirməyə ortaya məqsəd qoyublar.

Düşünürəm ki, bütün bunların hamısı əbəsdir. Prezident İlham Əliyev də dəfələrlə bildirib ki, Azərbaycanla Ermənistan arasında sülhün olması daha çox Ermənistanın marağındadır. Çünki Ermənistan məğlub tərəfdir. İndi Ermənistanda Almatı Bəyannaməsi ilə bağlı səsləndirilən fikirlər sülh prosesinə mane olmaq, ya da prosesi uzatmağa xidmət edir. Amma Azərbaycanla Ermənistan sülh yolunda uğurlu addımlar atır. Sülh gündəliyi müzakirə edilir.

Düşünürəm ki, revanşist qüvvələrin bu addımlarına birdəfəlik son qoymaq üçün Nikol Paşinyan növbəti gedişi etməlidir. Paşinyan konstitusiya dəyişikliyi ilə bağlı real addımlar atmalıdır. Bundan sonra revanşist qüvvələrin bütün əsassız ittihamlarına son veriləcək”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağsu Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib, saxlanılanlar var - Yenilənib

Türkiyədə Ərdoğanın vəzifəsini müvəqqəti icra edəcək şəxsin adı açıqlanıb

VII çağırış Milli Məclisin deputatları - Siyahı

VII çağırış Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək

Azərbaycanda bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirilib

Sabiq məhkəmə hakimi Psixiatriya Xəstəxanasına göndərildi

Entoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib

Yevlax sakini avtomobillə qəsdən vurularaq öldürülüb, saxlanılan var

Üç saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi ilə bağlı səslənən iddialar nəzarətə götürülüb - Rəsmi

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

İsrailin Beyruta endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 19-a çatıb

Rusiya nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət edib - Video

Ən çox oxunanalar