Bazar ertəsi, 16 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədən dəvət olunmuş mütəxəssislərlə təlimlərə başlanılıb

Xəbər verildiyi kimi, Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan qazilərimizin, o cümlədən doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə qardaş Türkiyə Respublikasından bir qrup peşəkar klinik-psixoloq və psixoterapevt ölkəmizdə səfərdədir.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, səfər çərçivəsində FHN psixoloqları və Türkiyədən dəvət olunmuş mütəxəssislər arasında təcrübə mübadiləsi də aparılır. Həmçinin, fevralın 12-dən etibarən “Posttravmatik stress pozuntusunun müalicəsində effektiv terapiya metodları” mövzusunda təlimlərə başlanılıb. Təlimlərdə Vətən müharibəsi iştirakçıları, qazilər, o cümlədən doğmalarını itirmiş şəhid ailəsi üzvləri, erməni terrorundan zərər görmüş vətəndaşlarımızla aparılan terapevtik seansların nəticələri barədə müzakirələr aparılır, müharibənin mənfi fəsadlarının qısa müddətdə aradan qaldırılması üsulları təhlil olunur.

Təlimlərin bir ay müddətində keçirilməsi nəzərdə tutulub.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel döyüşlərinə görə qovulan generalla bağlı qərar

Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - Foto

İlham Əliyev "Formula-1"in prezidenti və baş icraçı direktorunu qəbul edib - Yenilənib

Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıblar - Yenilənib

İlqar Mikayıloğlu efirdə “Türkiyə gözəli”ni təhqir etdi

İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib - Yenilənib

23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin bir məntəqəsində nəticələr ləğv olunub

Azərbaycan Qran-prisi: "Formula 2"də qalib bəlli olub - Yenilənib

Azərbaycan Qran-prisi: "Formula 1"də əsas yarış başlayıb

24 saylı Nizami Seçki Dairəsinin 5 məntəqəsinin nəticələri ləğv edilib

Ən çox oxunanalar