Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə hökuməti “Mercedes” haqqında təhqiqat aparacaq


Türkiyə ilə Almaniya arasındakı gərginlik sanksiya xarakterli qarşılıqlı addımlarla davam edir


PİA.AZ APA-ya istinadən verdiyi xəbərə görə, Türkiyə Rəqabət Qurumu “Mercedes-Benz Türk” Anonim Şirkəti haqqında araşdırma aparmaq barədə qərar qəbul edib. Qərar “Mercedes-Benz Türk AŞ”nin beton pompası istehsalçıları ilə müqavilələrdə endirimlər yolu ilə bazardakı hakim rolundan sui-istifadə etməsi və beton pompasının montaj edildiyi yük avtomobilləri bazarında rəqabəti pozduğu barədə müraciət əsasında qəbul olunub. Araşdırma zamanı “Mercedes”in Türkiyənin “Rəqabət haqqında” qanununa zidd hərəkət edib-etmədiyi müəyyənləşəcək.

Türkiyə İqtisadiyyat Nazirliyi isə “Ak Kimya” şirkətinin müraciəti əsasında Almaniya və İsveçdən sodium perkarbonat idxalı ilə bağlı dempinq araşdırması aparmağa qərar verib. Araşdırma zamanı hər iki ölkədən alınan məhsulların Türkiyəyə aşağı qiymətlə daxil olması nəticəsində yerli istehsalçının zərərə məruz qalıb-qalmadığı müəyyənləşdiriləcək. Bu idxalın yerli istehsalçının hüquqlarını pozduğu müəyyən edilərsə, Almaniya və İsveçdən sodium perkarbonat idxalına antidempinq vergisi tətbiq olunacaq. Sodium perkarbonatlar ağardıcı, ləkə çıxarıcı, eləcə də müxtəlif qida və kosmetik məmulatlarda dezenfeksiyaedici kimi istifadə olunur.

Xatırladaq ki, Almaniya hökuməti Türkiyəyə tank müdafiə sistemləri və yüngül silahların satışına qadağa qoyub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

Ən çox oxunanalar