Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə Rusiya ilə Ukrayna arasında danışıqlara tam töhfə verməyə hazırdır

Türkiyə əlverişli şərait yarandığı təqdirdə Rusiya və Ukrayna arasında danışıqların təşkilində hərtərəfli yardım göstərməyə hazırdır...

“Report” xəbər verir ki, bu barədə Vaşinqtonda keçirikən Atlantik Şurada çıxış edən Türkiyənin Xarici İşlər Nazirliyinin səfiri və Ukrayna üzrə koordinatoru Əhməd Güldərə bildirib.

“Daha əvvəl Antalya və İstanbulda tərəflər arasında təmaslar təşkil etmişdik. Danışıqlar və diplomatiya üçün əlverişli şərait yarandıqda yardım göstərmək və aydın, ədalətli həll yolu tapmaq üçün bütün imkanlarımızdan istifadə etməyə hazırıq”, - o “Krımın onillik müvəqqəti işğalı: Ukraynanın dəstəklənməsində Türkiyənin rolu” mövzusunda müzakirələr zamanı deyib.

Onun sözlərinə görə, Türkiyə tərəflərin mövcud məsələləri müzakirə edə biləcəyi nəticəyönümlü danışıqlar mühitinin yaradılmasını təmin edə bilər.

Səfir xatırladıb ki, Türkiyənin diplomatik töhfəsi danışıqlar üçün platformaların hazırlanması ilə məhdudlaşmayıb. “BMT ilə birlikdə Qara Dəniz Taxıl Təşəbbüsünü həyata keçirdik. Bunun sayəsində Ukrayna 33 milyon tondan çox taxıl ixrac edə bildi. Əsirlərin mübadiləsi ilə bağlı razılaşmalar olub”, - o əlavə edib.

Diplomat bildirib ki, Ankara Kiyevə humanitar sahədə, hərbi əməliyyatlardan sonra infrastrukturun və mənzillərin bərpasında kömək etməyə hazırdır.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Putin qərar verdi - Ciddi şəkildə cəzalandırılacaq...

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

779 milyonluq boru cəmi 14 il işləyə bildi: Susuzluqdan başını çöldə yuyan sakinlər

Bakıda bu səfərbərlik idarəsinə yeni rəis təyin edildi

İcra başçısının xanım müavini işdən çıxarıldı

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Makron Ermənistana gedəcək... - Bu Putinin Bakı səfərinə cavabıdır?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay