Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tropik külək Şabranda bağları viran qoydu

Azərbaycanın şimal zonasında müşahidə olunan isti külək kənd təsərrüfatına ciddi ziyan vurub...

PİA.az xəbər verir ki, Şabran rayonunun kəndlərində meyvə bağları və tərəvəz sahələri sıradan çıxıb.

Şabran sakinlərinin sözlərinə görə, külək ağacların budaqlarını sındırıb, yetişmiş meyvələri qopararaq yerə töküb. Rayonun Pirəmsən kəndində gilas bağları yararsız hala düşüb. Kəndlilər neçə aydır qulluq etdikləri meyvə bağlarından gözlədikləri qədər məhsul götürə bilmirlər: “Mövsümi meyvələr, xüsusən də gilas, albalı bağları viran qalıb. Külək ağacların budaqlarını qırıb yerə töküb, meyvələri qopardıb. Meyvələrin ağacda qalanı da elə vəziyyətdədir ki, nə satmaq olur, nə də atmaq. İsti külək tərəvəzlərin yarpaqlarını da yandırıb xəzələ döndərib. Pomidor, badımcan, xiyar və digər tərəvəzlər tağda quruyublar”, - Zülfiyyə Şirinova deyir.

Sakinlər bildirirlər ki, bu il meyvənin bol olması gözlənilsə də, ağacların gül açan vaxtı yağan fasiləsiz yağışlar onların tökülməsinə səbəb olmuşdu. Meyvələrin qalanını isə külək zay edib.

Rayonun Ərəblər kəndində də küləyin fəsadları müşahidə olunur. Kənd sakini B.Məmmədova deyir ki, ağaclar aşıb, yetişmiş meyvələr yerə tökülüb. Ən çox zərər yeni salınmış gilas bağlarına dəyib: “Təxminən 4 gün dəhşətli külək oldu, növbəti 3 gün ərzində isə nisbətən zəiflədi. Yeni salınmış bağlarda bir və iki illik ağac tinglərinə xeyli ziyan dəyib. Kiçik ağacların budaqları sınıb tökülüb, ağaclar yararsız hala düşüb. Ağacların yeni çıxan yarpaqları yanıb. Alma və fındıq bağları da zərərsiz ötüşməyib”.

Bağ sahiblərinin sözlərinə görə, külək yeni salınan bağlarda fermerlərə 200-300, bəhərə düşən bağlarda isə 1500-2000 manatadək ziyan vurub.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Elza Seyidcahan və Rafael İsgəndərov arasında qalmaqal

Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?

Azəbaycan təmsilçiləri “Avroviziya-2024” mahnı müsabiqəsində səhnəyə çıxıblar

Səhiyyə Nazirliyinin adından sosial şəbəkələrdə saxta kampaniya keçirilir - Birgə məlumat

Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq

Gənc aktrisa: “Ərə get, bir uşağın olsun, boşanarsan” - Video

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Ən çox oxunanalar