Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tikinti oliqarxı Ağalar Vəliyevin "internet" monopoliyası: "Aznet"dən uzaq durun!"

Azərbaycanın tikinti sektorunu zəbt edən və hakim ailəyə yaxın olduğunu deyən Milli Məclisin deputatı Ağalar Vəliyevin əsas binzes şəbəkəsi olan "Kristal Abşeron" illərdir ki, sakinlərin hüquqlarını pozur. ..

Vətəndaşlara satdığı mənzilləri belə özünün şəxsi mülkü sayan, Azərbaycan Konstitusiyasında əksini tapan mülkiyyət hüququnu heçə sayan Vəliyev və ətrafındakı şəbəkə "kolxoz təfəkkürü" ilə idarəetmə qurub. 

Özbaşınalıq və qanunsuzluğun hökm sürdüyü, vətəndaşların heç bir hüquq və istəklərinə hörmətin qoylmadığı ölkədə Vəliyev də özbaşına, heç bir dəyər və əxlaqa sığmayan idarəetmə formalaşdırıb. Onun nəzarətində olan şəbəkələrdə digər xidmətlər kimi internet provayderlər də monopoliyaya alınıb. 

Kommunal ödənişləri vahid bir sistemdə əlində cəmləşdirən Vəliyev elə bir sistem qurub ki, burada ölkə başçısı İlham Əliyevin Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti, yəni MMMC ilə bağlı verdiyi Fərman da suya düşüb. 

Yəni burada vətəndaşlardan toplanan kommunal xərcləri də öz şəbəkəsinə yönəldən oliqarx deputat MMMC-ni də özü yaradır, hələ bir qədər irəli gedərək vətəndaşların pulları ilə onlara ehkam da kəsir... 

Problem təkcə bununla bitmir, məsələn, heç bir provayder onların icazəsi olmadan "Kristal Abşeron"un binalarına internet çəkə bilməz, hətta sakinlər də istəsələr, seçdikləri provayderləri yaşadıqları binalara dəvət edə bilmirlər, çünki bura dövlətin yox, "Ağalar Vəliyevin qanunları" ilə işləyir. 

Hazırda "Kristal Abşeron"un törəmə şirkəti olan "Xəzər İnşaat"ın Nizami rayonu Məhsəti Gəncəvi küçəsində inşa etdiyi binalarda eyni vəziyyət hökm sürür, sakinlərin isə tələb və şikayətlərinə isə məhəl qoyulmur. 

Sakinlər "Arqument.az"a deyiblər ki, "Kristal Abşeron"un anlaşdığı keyfiyyətsiz "Aznet" - İnternet Provayderi hazırda onları boğaza yığıb. 

Bundan əvvəl də "Rahat Telecom" İnternet provayderi sakinlərə eyni problemi yaşadıb. Çoxlu etirazlardan sonra  "Rahat Telecom" "Aznet"lə əvəzlənib, amma problem irin salan yaraya çevrilib, getdikcə dərinləşir... 

Məsələnin maraqlı tərəfi isə odur ki, sakinlər digər provayderlərə müraciət etsələr də, şirkət onların mənzillərə internet çəkməsinə imkan verməyib. 

Bildiriblər ki, yalnız bizimlə "razılaşan" provayderlər mənzillərə internet çəkə bilərlər. Dəfələrlə saxta mandatla Milli Məclisə düşən və ölkənin əsas tikinti monopolistlərindən olan Ağalar Vəliyev 21-ci əsrdə insanların ifadə azadlığını, internetə çıxışının qarşısını alır. 

Görəsən, tez-tez xarici tədbirlərdə Azərbaycanda internetin azad olduğunu deyən ölkə başçısının təsdiqlədiyi parlamentin üzvü Ağalar Vəliyevin nağıllarda suyun qabağını kəsən əjdaha kimi əhalinin internet azadlığını əlindən almasından xəbəri yoxdurmu? 

İndi də gələk keyfiyyətsiz və məsuliyyətsiz "Aznet" İnternet Provayderin fəaliyyətinə və əhalinin çağırışlarını heçə saymasına. 

Sakinlər bildirilər ki, "Aznet" İnternet Provayderi bu gün ərzində normal fəaliyyət göstərməyib. 

"Qaynar xəttə" edilən müraciətlərə isə demək olar ki, baxılmayıb. Amma sakinlərdən yeni tarifə görə 100 mbit/s sürətə görə 25 manat ödəniş alınıb. 

"Bu gün yeni tariflə 25 manat ödəniş elədik ki, guya 100 mbit/s sürət verirlər. Amma internet heç 40  mbit/s sürətdə də deyil. İndi də deyirlər ki, sürət çoxdur, "Modem"i dəyişin, 5G Modem alın. Faktiki 100 manatdan başlayır həmin modemlər. Bunlar insanları həm özləri soyur, həm də əlavə xərcə salırlar. Burada rabitə nazirinin də payı az deyil. Hər kəs xalqı soymaqla məşğuldur. Monopoliya bir tərəfdən, soyğunçuluq da bir tərəfdən vətəndaşları bezdirib", - sakinlərdən biri belə deyib. 

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

Masallıdakı restoranlardan biri dövlətə məxsus əraziləri zəbt edib?

UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - Yenilənib

Ən çox oxunanalar