Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

The New York Times: Rusiya 21-ci əsrin ən böyük tank döyüşündə məğlub oldu…

Rusiya qüvvələri Uqledar yaxınlığında 130-dan çox tank, piyada döyüş maşını və digər zirehli texnikanı itirib...

Poliqon.info xəbər verir ki, bu barədə The New York Times qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qəet yazır ki, Donetsk vilayətinin Uqledar qəsəbəsi yaxınlığında üç həftə davam edən döyüşlər nəticəsində Rusiya qüvvələri 130-dan çox tank, piyada döyüş maşını və digər zirehli texnikasını itirib. Mənbələrin sözlərinə görə, bu döyüşlər bütün müharibənin ən böyük tank döyüşü olub.

72-ci briqadadan olan ukraynalı hərbçilərin qəzetə verdiyi məlumata görə, Rusiya zirehli texnikasının kolonnaları təkcə sovet tipli komplekslərdən deyil, həm də Amerikanın “Javelin” tank əleyhinə sistemlərindən və M777 haubitsalarından, fransız “САУ Caesar” özüyeriyən toplardan, həmçinin HIMARS raket sistemlərindən açılan atəşlər nəticəsində məhv edilib.

Ukrayna Silahlı Qüvvələrinin əsgərləri irəliləyən kolonnaları pusquya salıb və sərrast atəşlərlə onları məhv ediblər. Qəzet qeyd edir ki, məhz pusqular müharibənin ilk günlərindən Ukraynanın rus zirehli kolonnalarına qarşı imza taktikası olub.

Minalar tərəfindən partladılmış, artilleriya atəşinə tutulmuş və ya tank əleyhinə raketlərlə məhv edilmiş Rusiya zirehli maşınlarının yanmış gövdələri indi Uqledar boyunca ferma tarlalarını tutur.

The New York Times yazır ki, rusların bu savaşda məğlubiyyətlərinin səbəblərindən biri də təcrübəli döyüşçülərin və komandirlərin olmaması olub. Mənbələr bildiriblər ki, zirehli texnikanın böyük itkisi nəticəsində Rusiya ordusu taktikasını dəyişib və tüxnikadan istifadə etmədən piyadaları hücuma keçiriblər.

Qəzet qeyd edir ki, Ukrayna hərbçilərinin Rusiyanın itkiləri ilə bağlı məlumatlarını müstəqil şəkildə təsdiq edə bilməyib. Təsdiq olaraq, qəzet “Vaqner qrupu” ilə əlaqəli olan “Gray Zone” teleqram kanalına istinad edib.

“Şərq Hərbi Dairəsinin komandanı Rüstəm Muradov Uqledarda qoşunları öldürməkdə davam edir. Belə görünür ki, Ukraynanın planlaşdırılan yaz hücumundan əvvəl Muradov Rusiya Silahlı Qüvvələrinin ən yaxşı tank briqadalarından birini (5-ci tank briqadası) daha da zəiflətmək qərarına gəlib”, deyə telegram kanalı fevralın 27-də yazıb.

Ukrayna özü nə qədər silah itirdiyini açıqlamır

Uqledar üzərinə hücumda Sakit Okean Donanmasının 155-ci və 40-cı dəniz briqadaları, həmçinin DXR qüvvələri və ola bilsin ki, Tatarıstandan olan “Alqa” könüllü batalyonu iştirak edib.

Fevralın əvvəlində Uqledar şəhəri uğrunda gedən döyüşlərdə rus ordusunun böyük itki verdiyi bildirilirdi: Ukrayna artilleriyasının rus karvanını necə vurması ilə bağlı video və fotolar əvvəlcə Ukrayna mətbuatı tərəfindən dərc edilib, sonra isə məlumat Rusiya və xarici mənbələr tərəfindən təsdiqlənib. Rusiya Müdafiə Nazirliyi isə susub.

Keçən ilin noyabrında “Grey Zone” Telegram kanalı 155-ci dəniz piyada briqadasının üzvlərinin Primorye qubernatoruna məktubunu dərc edib. Məktubda onlar ağır itkilər verdiklərini və zəiforta komandanlıq barədə məlumat veriblər.

“4 gün ərzində 300-ə yaxın adam həlak olub, yaralanıb və itkin düşüb. Texnikanın 50 faizi də itirilib. Bütün bunları sadəcə bizim komandirimiz bacarır”, deyə məktubda bildirilir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Ən çox oxunanalar