Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Teymur Rəcəbov FİDE rəsmisinin cavabını verib

“FİDE-dən məktub adlım. Orada turnirin başqa vaxta keçirilməsinin nə hüquqi, nə də praktiki baxımdan mümkün olduğu deyilirdi”...

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan şahmatçısı Teymur Rəcəbov deyib.

Dünya çempionu ilə qarşılaşmaq hüququ verən İddiaçılar turnirində oynamaqdan imtina edən qrossmeyster FİDE-nin Marketinq və Strategiya departamentinin rəhbəri Emil Sutovskinin “Özü çəkildi” ifadəsinə cavab verib. O bildirib ki, FİDE-dən aldığı ultimatuma nəzakət xatirinə cavab göndərib: “Mənə FİDE-nin qəbul etdiyi iştirakçıların sağlamlığı üçün nəzərdə tutulan tədbirləri izah etmişdilər. Martın 6-da Moskva vaxtı ilə saat 00:00-a qədər vaxt verdilər ki, həmin məktubu cavablandırım. Buna belə bir cümlə əlavə etdilər ki, sizin bu məktuba cavab verməyəcəyiniz təqdirdə turnirdən çıxdığınızı hesab edəcəyik. Göstərilən vaxta təxminən iki saat qalmış nəzakət xatirinə cavab verdim: “Yarışdan çıxdığımı təsdiqləyirəm”. Ümumiləşdirsək, cavab versəydim də, verməsəydim də, istənilən halda məni başqası ilə əvəz edəcəkdilər. Sadə sözlərlə desəm, Teymur Rəcəbov turnirdən çəkilməyib. O mənada ki, o, oynamaq istəyir və buna hazırdır. Amma sağlamlıq barədə narahat olmayacağı və ancaq şahmata köklənə biləcəyi başqa vaxtda”.

Qeyd edək ki, FİDE həmyerlimizi Maksim Vaşye-Laqrav əvəzləyib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar