Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Terrorçu silahlı birləşmənin üzvü: “Bilirdim ki, Qarabağ Azərbaycanındır” - Yenilənib

Bu gün Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında erməni terror dəstəsinin üzvü olan Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç, Baqdasaryan Artur Eduardoviç, Avakyan Serop Surenoviç, Arutyunyan Varazdat Seryojeviç, Manukyan Jora Vanoeviç, Herabyan Hrayr Hraçoviç, Qosparyan Narek Aqaoviç, Kureqyan Qriqor Qaqiqoviç, Qevorkyan Aşot Artakoviç, Aqramanyan Martin Muşeğoviçin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktının elanı başa çatıb.

Daha sonra təqsirləndirilən şəxslərə sərbəst ifadə vermək təklif olunub.

Məhkəmədə təqsirləndirilən H.Hovanesyan bildirib ki, noyabrın 25-də hərbi hissəyə çağırılıb və silahla təmin edilərək Laçına, oradan da Hadruta göndərilib:

"Bizə dedilər ki, sərhədimizi qorumağa gedirsiniz və posta göndərdilər. Dekabrın 13-də Arsen Kazaryan bizim dəstə rəhbərinə zəng etdi ki, ordan düşək. Dağdan aşağı düşən zaman Azərbaycan hərbçiləri bizi saxladılar, silahlarımızı aldılar. Ermənistanın kapitulyasiya aktı imzalamasını bilirdim, amma aktın məzmunundan məlumatım yox idi".

Prokurorun suallarını cavablandıran dəstə üzvü qeyd edib ki, saxlanılmamışdan bir gün əvvəl Azərbaycan hərbçiləri erməni silahlı dəstəsinə ərazidən çıxmağı tapşırsa da, onlar bu göstərişə əməl etməyib:

“Müharibənin bitməsini bilirdik, amma bilmirdik ki, Azərbaycan Qarabağı qaytarıb. Bizə demişdilər müharibə bitib, amma hansı ərazinin bizdə olduğunu demirdilər. Mən bilirdim ki, Qarabağ Azərbaycanındır. Hərbi xidməti də Azərbaycan ərazisində keçdiyimi bilirdim, buna məcbur idim. Çünki komissarlıq məni hərbi xidmətə ora göndərmişdi".

Növbəti proses iyulun 2-nə təyin edilib.

***

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan ərazisində terror-təxribat törədən erməni silahlı dəstələrinin üzvləri - Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç, Baqasyan Armen Yegizari, Qasparyan Qor Vaqramini, Sefilyan Kamo Karenoviç, Hakobyan Volodiya Vaçaqani, Asetryan Gevorq Norairoviç, Yenqoyan Sisak Qrişai, Petrosyan Albert Kamoyeviç, Sedrakyan Romik Misakini, Minasyan Aram Qarnikoviç, Minosyan Mkrtıç Simonoviç, Matesyan Edqar Vaçaqanoviç və Karapetyan Yuri Tiqranoviçin cinayət işi üzrə məhkəmə iclası keçirilir.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən M.Minosyan ifadə verib.

O bildirib ki, noyabr ayında Gümrüdə yerləşən hərbi komissarlıqdan çağırışçı kimi orduya çağırılıb:

“Orada silahlandırıldıq və gecə Laçına gəldik. Rusiya sülməramlılarının yanından keçdik. Onlar bizi yoxlamadan buraxdılar. Sonra dağa qalxdıq. Komandirimiz Arsen Kazaryan idi. Bizi dəstələrə böldülər, qida ilə təmin edildik. Dekabrın 13-də tapşırıq gəldi ki, dağdan düşək. Aşağı düşən zaman Azərbaycan Silahlı Qüvvələri bizi saxladı, silah-sursatımızı onlara təhvil verərək təslim olduq”.

O, prokurorun suallarını cavablandırarkən deyib ki, 2016-2018-ci illərdə Azərbaycanın Xocalı rayonu ərazisində hərbi xidmətdə olub: “Həmin ərazilərin Azərbaycana aid olduğundan xəbərim var idi. Lakin hərbi qulluqçu olduğum üçün verilən əmrləri sorğulamırdıq. Ümumi komandirim Kazaryan olub, lakin dəstələrə bölünəndən sorna bizə Avakyan Qraç Arzumanoviç rəhbərlik edirdi".

Daha sonra M.Minosyanın istintqada verdiyi ifadəsi elan olunub. O bildirib ki, müşahidə apardıqları yerə Azərbaycan Ordusunun əsgərləri gələn zaman onlara silahlı müqavimət göstərmək tapşırığı alıblarmış.

Məhkəmədə Y.Karapetyan, R.Sedrakyan, E.Matesyan da dindirilib. Onlar Gümrüdə yerləşən hərbi komissarlıqdan silah-sursatla Azərbaycan ərazisinə daxil olduqlarını, Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlanıldıqlarını deyiblər.

Prosesdə fasilə elan olunub.(report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

Ən çox oxunanalar