Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təcili tibbi yardım bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində TƏBİB-in tabeliyindəki Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək...

Poliqon xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Qeyri-iş günlərində xidməti nəzarətdə saxlamaq üçün məsul şəxslərdən ibarət növbətçilik yaradılacaq, həkim briqadalarının sayı xidməti ştata uyğun təşkil olunacaq.

Bakı şəhərində 150 civarında təcili tibbi yardım briqadası xidmətə hazır vəziyyətdə gətirilib. Onlar tibbi ləvazimatlarla, dərman preparatları və s. ilə tam təmin edilib.

Yeni il ilə əlaqədar qeyri-iş günlərində həm xarici ölkələrdən, həm də bölgələrdən xüsusilə Bakı şəhərinə gələn qonaqların sayında artım müşahidə olunduğu üçün təchizat və təminat buna uyğun təşkil olunacaq.

Məsul şəxslər tərəfindən təcili tibbi yardım xidmətinin fəaliyyəti ilə nəzarət tədbirləri tətbiq olunacaq.

Məlumat üçün bildirək ki, peyvənd məntəqələri bayram günlərində fəaliyyət göstəriləcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

Ən çox oxunanalar