Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

TƏBİB rəsmisi qaydaları pozan tibb işçilərindən danışdı

"Son vaxtlar pandemiya dövrü ilə əlaqəli qəbul edilən qaydalara riayət etməyən tibb müəssisələri barədə ciddi tədbirlər görülüb"...

Bunu jurnalistlərə açıqlamasında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlırinə görə, həkimlərin böyük əksəriyyəti bu işdə canla-başla, fədəkarcasına xidmət göstərir: "Təəssüf ki, bütün sahələrdə olduğu kimi, qayaları pozmağa cəhd göstərən, qaydalara məsuliyyətsiz yanaşanlar da var. Onlarla da mübarizə aparırıq. Hətta bir neçə tibb müəssisəsinin rəhbəri barədə dövlət başçısına məruzə olunub və vəzifədən azad edilənlər, inzibati tənbeh tədbirləri alanlar da var. Gəncə, Goranboy, Göygöl və digər yerlərdə də bu faktlar olub. Harada qaydalara əməl edilməyəcək, orada ciddi cəza tədbirləri olacaq. Fədakarcasına iş görülən yerlərdə də təltiflər olacaq".

TƏBİB rəsmisi bildirib ki, bəzi tibb işçilərinə nöqsanlarının aradan qaldırılması üçün şans veriləcək: "Həmin şansdan yararlananlar öz fəaliyyətlərini davam etdirəcək. Əgər şansdan yararlana bilməsələr, onların fəaliyyətinə son qoymalı olacağıq və daha fədakar, bacarıqlıları önə çəkəcəyik".

pia.az


Etiket: Ramin Bayramlı


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Ən çox oxunanalar