Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sülhməramlılar ilə qondarma rejimin görüşü nədən xəbər verir? - Şərh

Bu görüşlər onu deməyə əsas verirmi ki, qondarma qurumun “rəsmiləri” Rusiya tərəfindən tərəf müqabil kimi qəbul olunur?..

Politoloq: “Hərbi cinayətkarla Rusiyanın bir masa arxasında oturub hansısa məsələləri müzakirə etməsi beynəlxalq hüquqa ziddir. Həmçinin də bu addım Azərbaycana böyük hörmətsizlikdir”.

“Bununla bağlı Azərbaycan mütləq mənada Rusiya rəhbərliyinə ən azından şifahi qaydada xəbərdarlıq etməlidir. Hətta Azərbaycan Xarici İşlər Nazirliyi nota səviyyədə Rusiyaya müraciət etməlidir”.

Bu sözləri politoloq Natiq Miri Rusiya sülhməramlılarının Dağlıq Qarabağın qondarma qurumunun cinayətkar rəhbərləri ilə ardıcıl görüşlərini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Dağlıq Qarabağ və ətraf rayonlarda 44 günlük qanlı münaqişə 10 noyabr gecəsi dayandırıldı. Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağdakı müharibəyə son qoymaq barədə müqavilə imzaladılar.

Bu razılaşmaya əsasən, erməni tərəfi Dağlıq Qarabağın əhəmiyyətli ərazilərini və onun ətrafındakı bütün işğal olunmuş rayonları itirir.

Həmçinin müqavilə görə təxminən 2000 Rusiya əsgəri təmas xətti və Laçın dəhlizi boyunca yerləşdirildi. Rusiya sülhməramlıları Qarabağda yerləşəndən sonra Dağlıq Qarabağın qondarma qurumunun cinayətkar rəhbərləri ilə ardıcıl görüşlər keçirirlər.

Bu görüşlər onu deməyə əsas verirmi ki, qondarma qurumun “rəsmiləri” Rusiya tərəfindən tərəf-müqabil kimi qəbul olunur? Həmçinin də Rusiya Qarabağa üçtərəfli sazişdə nəzərdə tutulmayan ən yeni hücum silahları gətirir. Bundan başqa Xankəndinin əhalisi tez-tələsik geri daşınır. Bütün bunlar nə anlama gəlir və Rusiya üzərinə götürdüyü öhdəliklərə sadiq qalacaq?

Mövzunu PİA.az-ın əməkdaşı Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Sülhməramlıların yerləşdirilməsi ilə bağlı məsələlər Araik Arutyunyanla, yəni tanınmamış bir rejimin rəhbərliyi ilə deyil AzərbaycanErmənistanla müzakirə edilməli idi”.

Sülhməramlılar özləri ilə nəzər tutulmayan silahları gətirməməli olduqlarını vurğulayan politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, Rusiya bu məsələdə beynəlxalq hüququn normalarını pozur:

“Əlbəttə ki, əgər Rusya sülhməramlıların komandanlığı tanınmamış qurumun rəhbərləri ilə müzakirələr aparırsa, demək ki, defkato onları tərəf-müqabil kimi qəbul edir. Bildiyimiz kimi qondarma qurumun rəhbərliyi haqqında Azərbaycan Respublikasının Prokurorluğunda cinayət işi açılıb. Onlar mülki əhaliyə qarşı hərbi cinayətlərdə ittiham olunurlar. Bu cinayət işi də sıradan bir cinayət işi deyil. Çünki burada insanlıq əleyhinə böyük hərbi cinayət törədilmiş hadisədən söhbət gedir. Məlumdur ki, həm Gəncəyə, həm də Bərdəyə atılan raketlər kütləvi şəkildə mülki əhalinin təlafına səbəb olub. Araik Arutyunyan isə şəxsən etiraf edib ki, həmin raketlərin atılmasına o, qərar verib.

Belə olan halda hərbi cinayətkarla Rusiyanın bir masa arxasında oturub hansısa məsələləri müzakirə etməsi beynəlxalq hüquq normalarına ziddir. Həmçinin də bu addım Azərbaycana böyük hörmətsizlikdir. Düşünürəm ki, bununla bağlı Azərbaycan mütləq mənada Rusiya rəhbərliyinə ən azından şifahi qaydada xəbərdarlıq etməlidir. Hətta Azərbaycan Xarici İşlər Nazirliyi nota səviyyədə Rusiyaya müraciət etməlidir.

Sülhməramlıların yerləşdirilməsi ilə bağlı məsələlər Araik Arutyunyanla, yəni tanınmamış bir rejimin rəhbərliyi ilə deyil AzərbaycanErmənistanla müzakirə edilməli idi. Buna görə də düşünürəm ki, bu Rusya sülhməramlıların komandanlığı tərəfindən Azərbaycana edilən böyük hörmətsizlikdir. Çünki Rusiyanın bu addımı defkato olaraq qondarma qurumun tanınması anlamına gəlir.

Natiq Miri: “ATƏT-in Minsk qrupunun qəbul etdiyi sənəddə də göstərilir ki, münaqişə zonasında bir ölkənin sülhməramlı qoşunlar 30 vahiddən çox olmamalıdır”.

Düşünürəm ki, Rusiya üzərinə götürdüyü öhdəliyə sadiq qalacaq. Çünki Rusiya artıq üzərinə götürdüyü öhdəliyin birinci bəndini pozub. Bildiyimiz kimi 5 gün ərzində Kəlbəcər tamamilə boşaldılmalı idi. Amma dünən Kəlbəcərin boşaldılması üçün daha 10 gün vaxt istədilər. Bu da artıq öhdəliyin pozulması anlamına gəlir.

Qeyd edim ki, sülhməramlılar özləri ilə nəzər tutulmayan silahlar gətirməməlidir. Rusiya bu məsələdə də beynəlxalq hüququn normalarını pozur. Ümumiyyətlə rus qoşunlarının Qarabağda yerləşməsi də beynəlxalq hüquqa ziddir. Yəni BMT-nin Rusiya sülhməramlıları mandatı verməyib. Ayrıca ATƏT-in Minsk qrupunun qəbul etdiyi sənəddə də göstərilir ki, münaqişə zonasında bir ölkənin sülhməramlı qoşunlar 30 vahiddən çox olmamalıdır.

Hal-hazırda isə Dağlıq Qarabağda yeganə sülhməramlı qüvvələr Rusiyaya aiddir. Rusiya sülhməramlıların Qarabağda olması da həm Azərbaycan, həm də Ermənistan rəhbərliyinin qol çəkdiyi sənədlə həyata keçirildi. Amma beynəlxalq hüquqla bu qanunsuzdur.

Natiq Miri: “Rusiyanın Qarabağda özbaşınalıqlarının qarşısını almaq üçün mütləq mənada başqa qüvvəyə ehtiyac var”.

Hər bir halda Rusiyanın Azərbaycanada varlığı arzuolunmazdır. Çünki Rusiya bütün zamanlarda sülhməramlı adı altında işğalçı siyasəti həyata keçirdib. Biz bunu Gürcüstanda müşahidə etmişik. Bunu heç kəs unutmatıb. Düşünürəm ki, Rusiya sülhməramlıları və Rusiya ordusu anlayışı bir-birini inkar edən anlayışlardır.

Rusiyanın Qarabağda özbaşınalıqlarının qarşısını almaq üçün mütləq mənada başqa qüvvəyə ehtiyac var. Bu da qardaş Türkiyənin ordusu ola bilər. Türkiyə ordusunun Qarabağda olması ərazidən güc balansı yaradar və Rusiyanın özbaşınalıqlarının qarşısını ala bilər”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Sumqayıtda 40 yaşlı kişini ürəyindən bıçaqladılar

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

İsrail döyüş təyyarələri Livanı vurub, həlak olanlar var

Sabahdan Bakıda suyun verilməsi əvvəlki rejimdə təmin ediləcək

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Ağ Ev Ukrayna üçün yeni yardım paketini açıqlayıb

Ən çox oxunanalar