Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sülhə gedən yolda Paşinyanı Ter-Petrosyanın taleyi gözləyə bilərmi? - Tarix təkrar oluna bilər...

Politoloq: “Ermənistan cəmiyyətində prosesə baxışın dəyişdiyini görsək, bu halda bizdə də hansısa proseslər gedə bilər”

“Söhbət ondan gedir ki, ermənilər 5 rayonu azad etməlidir. Əslində bu hal Rusiyanın xeyrinədir”.

Bu sözləri politoloq İlqar Vəlizadə son zamanlar Azərbaycan-Ermənistan münasibətlərində hiss olunan yaxınlaşmanın təsirlərini şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Londondakı nüfuzlu “Chatham House” siyasi təhlil mərkəzi Rusiya və Avrasiya proqramının araşdırmaçısı, 2015-ci ildən nəşr olunan “Caucasus Survey” məcmuəsinin həmredaktoru Laurence Broers bildirib ki, AzərbaycanErmənistan rəhbərlərinin əhalilərin sülhə hazırlanmasının zəruri olduğunu qəbul etməsi danışıqlarda ciddi irəliləyişdən xəbər verə bilər. Belə ki, Ermənistan-Azərbaycan sülh prosesində baş verən son hadisələr – iki ölkənin xarici işlər nazirlərinin son 9 ayda dörd dəfə görüşməsi, iki ölkənin silahlı qüvvələrinin arasında kommunikasiya üçün “əməliyyat kanalının” açılması, təmas xətti boyunca gərginliyin azalması bu fikrin formalaşmasına əsas verir. Lakin hazırkı situasiyada münaqişənin həllinə doğru hansısa irəliləyişin olacağı gözlənilən deyil.

Məqalədə deyilir ki, bundan əlavə, tərəflər arasındakı fundamental struktur və millətçi uyğunsuzluqlar aradan qaldırılmayıb. “Eskalasiyanın azaldılması tədbirləri və yeni simalar ErmənistanAzərbaycan arasında ölgün sülh prosesini yenidən silkələməyə başlayıb. Lakin niyyətlərinin həyata keçməsi üçün tərəflər siyasi strategiyalarına bir daha baxmalı olacaqlar”, deyə Broers öz yazısında qeyd edib.

Araşdırmaçı həmçinin Paşinyan inqilabının taleyinin Azərbaycanla münasibətlərdən asılı olduğunu da qeyd edib. Broers yazır ki, xüsusilə də indi Azərbaycanla gərginliyin artırılması ilk növbədə Paşinyanın gündəliyi üçün təhlükə, onun opponentləri üçünsə fürsət yarada bilər.

PİA.az xatırladır ki, 90-cı illərin sonunda Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan sülhə hazır olması ilə bağlı bəyanatlar səsləndirirdi. Lakin bir neçə aydan sonra Ter-Petrosyan Rusiyanın təzyiqləri ilə istefa verməyə məcbur oldu. Bu fonda Paşinyan siyasəti karyerasına da ciddi təhlükə mövcuddur.

Xalqların sülhə hazırlanması prosesinin başlanması onu deməyə əsas verə bilərmi ki, bu il danışıqlarda ciddi irəliləyişlər müşahidə edə bilərik? Sülhə meylli olan Paşinyanı da Ter-Petrosyanın tale gözləyə bilərmi? Ümumiyyətlə, hazırda danışıqlarda əldə olunan nailiyyətlər Kremlin maraqlarına cavab verir?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq İlqar Vəlizadənin fikirlərini öyrənib.

İlqar Vəlizadə: “Türkiyə ilə geosiyasi və geoiqtisadi əməkdaşlığın genişlənməsi və bu əməkdaşlığa Ermənistanın da qoşulması Rusiyanın birbaşa maraqları altındadır. Ona görə də Rusiya məsələnin yarımçıq həll olunmasında maraqlıdır”.

Ermənistan cəmiyyətində işğal olunmuş torpaqların onlara məxsus olmaması reallığının qəbul edilməsi fonunda Azərbaycan tərəfindən müəyyən addımların atılacağını qeyd edən politoloq İlqar Vəlizadəyə görə, əslində Azərbaycan-Ermənistan münasibətlərinin qismən yaxınlaşmasında Rusiya da maraqlıdır:

“Hazırkı gedişat sülhə gedən yolda ciddi əlamət sayıla bilər. Çünki tərəflərin sülhə hazırlanması prosesindən sonra müəyyən addımlar atılmalıdır. Bu fonda insanlar yeni məqamın çatdığını görə və azərbaycanlılarla ermənilər arasında müəyyən etibarlılıq mühiti yarana bilər.

Lakin xalqları sülhə hazırlamaq prosesində atılan addımlar Ermənistanda müəyyən diskusiyaların aparılması ilə başlamalıdır. Belə ki, atılan addımlar fonunda işğal altında olan torpaqların onlara məxsus olmadığını və qaytarılmasının vacib olduğunu, köhnə hakimiyyətin işğal siyasətinin nəticəsi olaraq bir qisminin hal-hazırda həbsdə olmasını və onlara qarşı cinayət işi qaldırıldığını və indiki hakimiyyətin onların davranışına görə mməsuliyyət daşımadığını Ermənistan xalqına aşılamaq lazımdır. Ermənistan cəmiyyətində prosesə baxışın dəyişdiyini görsək, bu halda bizdə də hansısa proseslər gedə bilər.

Sonuncu dəfə Ermənistan İctimai Televiziyası bir süjet hazırlamışdı. Süjetdə münaqişədən öncə azərbaycanlılarla ermənilərin yaşayış vəziyyətindən bəhs edilirdi və müsbət tərəfləri göstərilirdi. Əslində bunu yaxşı əlamət kimi qəbul etmək olar. 20 ildən artıqdır ki, Ermənistan cəmiyyətində Azərbaycan başqa cür tanıdılırdı, azərbaycanlılar isə vəhşi, başkəsən, quldur kimi təqdim olunurdu. Lakin indi vəziyyət dəyişib. Bütün hallarda indiki müsbət dəyişikliyin konkret nəticələri olmalıdır.

İlqar Vəlizadə: “Kreml başa düşür ki, münaqişəni köklü şəkildə həll etmək olmaz”.

Onu da qeyd edim ki, siz haqlısınız, Paşinyan Ter-Petrosyanın taleyini yaşaya bilər və belə bir risk ortadadır. Bu baxımdan indiki hakimiyyət bir qədər ehtiyatla davranır və danışıqlarda gedən məsələlərlə bağlı geniş açıqlama vermir.

Digər tərəfdən, keçmiş hakimiyyətlə indiki hakimiyyətin yanaşmalarında fərqlər var. Keçmiş hakimiyyət öz xalqını girov saxlayırdı, onlar sərbəst hərəkət edə bilmirdilər və hakimiyyət manipulasiya ilə məşğul idi. Hətta keçmiş hakimiyyət tez-tez deyirdi ki, Ermənistan hərbi cəmiyyət yaratmalı və özünü müdafiə etməlidir. İndiki hakimiyyət isə hərbi cəmiyyət yaratmaq niyyətində deyil. Məsələn, Davosda Paşinyan digər ölkələrdən Ermənistana investisiya yatırmağı xahiş edib. Bu investisiyalar isə yanlız Türkiyə ilə sərhədlərin açılmasından və Azərbaycanla münasibətlərin qurulmasından sonra baş verə bilər. Başqa cür mümkün deyil.

O vaxtı Ter-Petrosyan da bunu çox gözəl başa düşürdü ki, Azərbaycanla sülh əldə etmədən dünyaya iqtisadi çıxış tapa bilməyəcək. Hətta yazdığı məqaləsində bildirmişdi ki, inkişafda olan fərq vaxt gələndə görünəcək. O, açıq şəkildə deyirdi ki, Azərbaycanın büdcəsi ilə Ermənistan büdcəsi arasındakı fərqlər dəfələrlə ölçüləcək səviyyədədir.

Sanki indiki hakimiyyət yenidən o platformaya qayıdır. Reallıq ondan ibarətdir ki, Ermənistan radikal şəkildə cəmiyyəti dəyişmək istəyirsə, Azərbaycanla sülhə getməlidir. O sülhə ki, Madrid prinsiplərində həll yolları göstərilir.

İlqar Vəlizadə: “Paşinyan Ter-Petrosyanın taleyini yaşaya bilər və belə bir risk ortadadır”.

Bu məsələdə Kreml başa düşür ki, münaqişəni köklü şəkildə həll etmək olmaz. Söhbət ondan gedir ki, ermənilər 5 rayonu azad etməlidir. Əslində bu hal Rusiyanın xeyrinədir. Çünki Rusiya Azərbaycan vasitəsilə Ermənistana yol açır və eyni zamanda Ermənistan Türkiyə ilə sərhədini açmış olacaq. Bu zaman Ermənistanda vəziyyət də dəyişəcək və Rusiya Türkiyəyə müəyyən mallar daşıya bilər. Ona görə ki, Türkiyənin bölgədə böyük investisiya layihələri var. Türkiyə ilə geosiyasi və geoiqtisadi əməkdaşlığın genişlənməsi və bu əməkdaşlığa Ermənistanın da qoşulması Rusiyanın birbaşa maraqları altındadır. Ona görə də Rusiya məsələnin yarımçıq həll olunmasında maraqlıdır”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - Yenilənib

Masallıdakı restoranlardan biri dövlətə məxsus əraziləri zəbt edib?

Ən çox oxunanalar