Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sülh prosesinin dalana dirənməsinin əsas səbəbləri və müharibə riski... - Natiq Miridən şərh

İstər Brüssel platformasında, istərsə də Rusiya platformasında danışıqlar prosesi iflasa uğrayıb...

Politoloq: “Əsas səbəblərdən biri budur ki, Qərbi Rusiya qarşıdurması fonunda Qərb Rusiyanı bu prosesdən sıxışdırıb çıxarmaq istəyir. Qərb Rusiyanı tək bu prosesdən deyil, Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq istəyir”.

“Nəticə etibarilə Ermənistan vaxtı uzadır. Bu yöndə İrəvana göstəriş və sifariş verən havadar dövlətlər var. Eyni zamanda sülh müqaviləsinin imzalanmasında maraqlı olmayan dövlətlər var”.

Bu sözləri politoloq Natiq Miri Azərbaycanla Ermənistan arasındakı sülh prosesinin dalana dirənməsinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycan-Ermənistan arasında istər Brüssel platformasında, istərsə də Rusiya platformasında danışıqlar prosesi iflasa uğrayıb. Digər tərəfdən isə Ermənistan isə sülh sazişi ilə bağlı öz şərtlərini irəli sürüb. Bəs sülh prosesinin dalana dirənməsinin əsas səbəbləri nədir və proseslər yeni müharibəyə qədər inkişaf edə bilərmi?

AzərbaycanErmənistan arasında baş verənləri PİA.az-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Əgər sülh danışıqları getməyəcəksə, Azərbaycan ən azından öz ərazisində, yəni Qarabağda Ermənistanın mövcud olan qoşunlarını çıxarmaqla bağlı hərəkətə keçə bilər”.

Sülh müqaviləsinin imzalanmasında Fransa və İranın marağının olmadığını vurğulayan politoloq PPİA.az-a bildirib ki, bu dövlətlər həm də sülh müqaviləsi kontekstində Zəngəzur dəhlizinin açılmasına qarşı da çıxış edir:

“Əsas səbəblərdən biri budur ki, Qərbi Rusiya qarşıdurması fonunda Qərb Rusiyanı bu prosesdən sıxışdırıb çıxarmaq istəyir. Qərb Rusiyanı tək bu prosesdən deyil, Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq istəyir. Burada zəif həlqə əlbəttə ki, Ermənistandır. Qərb Ermənistan vasitəsilə Rusiyanı prosesdən, həm də bütövlükdə Cənubi Qafqazdan sıxışdırmaq siyasəti yürüdür.

Bu birinci səbəbdir. Burada da əsas hərəkətverici qüvvə Ermənistandır. Çünki son zamanlar Ermənistan rəhbərliyinin ard-arda Rusiyaya qarşı demarşını biz müşahidə edirik. Bunlar da heç də səbəbsiz deyil.

İkinci səbəb isə Ermənistanın sülh müqaviləsini imzalamaq istəməməsi və vaxt qazanmaq istəyi ilə əlaqəlidir. Hər dəfə Ermənistan müxtəlif bəhanələr gətirməklə bu prosesi sobataj edir. Nəticə etibarilə Ermənistan vaxtı uzadır. Bu yöndə İrəvana göstəriş və sifariş verən havadar dövlətlər var. Eyni zamanda sülh müqaviləsinin imzalanmasında maraqlı olmayan dövlətlər var. Bu dövlətlərin başında da Fransa və İran dayanır. Bu dövlətlər həm də sülh müqaviləsi kontekstində Zəngəzur dəhlizinin açılmasına qarşı da çıxış edir. Səbəblər əsasən budur.

Natiq Miri: “Əgər zaman uzadılacaqsa və Ermənistan yenə də prosesləri sobataj edəcəksə, ayrıca bu məsələni Rusiya ilə birgə Azərbaycan həll edə bilməyəcəksə, onda Azərbaycan təkbaşına həm seperat rejimi ilə bağlı olan terrorçuları, həm də Ermənistan ordusunun Qarabağda qalan qalıqlarını Qarabağdan çıxarmaq üçün hərbi əməliyyata başla bilər”.

Əlbəttə ki, belə vəziyyət uzunmüddətli davam edə bilməz. Çünki istənilən formatda sülh danışıqları getməlidir. Əgər sülh danışıqları getməyəcəksə, Azərbaycan ən azından öz ərazisində, yəni Qarabağda Ermənistanın mövcud olan qoşunlarını çıxarmaqla bağlı hərəkətə keçə bilər.

Düşünürəm ki, bu məsələ bu gün gündəmin əsas birnömrəli məsələlərindən biridir. Çünki bununla bağlı 10 noyabr sənədinin 4-cü müddəası var. Tam hüquqi olaraq Azərbaycan bu əməliyyatı keçirə bilər. Mən hələlik Azərbaycanla Ermənistan arasında ola biləcək toqquşmanı bu xüsusda görürəm. Əgər zaman uzadılacaqsa və Ermənistan yenə də prosesləri sobataj edəcəksə, ayrıca bu məsələni Rusiya ilə birgə Azərbaycan həll edə bilməyəcəksə, onda Azərbaycan təkbaşına həm seperat rejimi ilə bağlı olan terrorçuları, həm də Ermənistan ordusunun Qarabağda qalan qalıqlarını Qarabağdan çıxarmaq üçün hərbi əməliyyata başla bilər. Düşünürəm ki, bu da realdır”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Putin qərar verdi - Ciddi şəkildə cəzalandırılacaq...

779 milyonluq boru cəmi 14 il işləyə bildi: Susuzluqdan başını çöldə yuyan sakinlər

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Bakıda bu səfərbərlik idarəsinə yeni rəis təyin edildi

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib

Makron Ermənistana gedəcək... - Bu Putinin Bakı səfərinə cavabıdır?

İcra başçısının xanım müavini işdən çıxarıldı

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Rafiq Quliyev Eldar Əzizovun xəbərdarlığından nəticə çıxarmır - Xətaidə COP29 adı altında səkilər zəbt edilir - Fotolar

Ən çox oxunanalar