Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sufi musiqiləri dinləyirəm, bilmirəm niyə?” - Leyla Əliyeva

Leyla Əliyeva "Jara-2019”un fəxri qonaqları arasında olub

İyulun 25-də Bakıda "Sea Breeze Resort” istirahət mərkəzində "Jara-2019” Beynəlxalq Musiqi Festivalı iştirakçılarının qırmızı xalı üzərindən keçidi olub.

“Yeni Sabah” xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Jara-2019”un fəxri qonaqları arasında olub.

Aparıcının "Musiqi dünyanı daha gözəl edir. Necə fikirləşirsiniz, bu il daha yaxşı olacaq?” sualına cavabında Leyla Əliyeva deyib:

- Fikrimcə, ildən-ilə daha yaxşı olur. Dünya yaxşılaşır. İnşallah, hər şey həddən artıq yaxşı olacaq.

Aparıcı: Çox sağ olun. Ən sevimli mahnınız hansıdır? Siz onu eşidəndə dərhal zümzümə edirsinizmi?

Leyla Əliyeva: Hər dəfə müxtəlif cür olur. Son vaxtlar mən meditasiyada sufi musiqisini dinləyirəm. Ancaq bilmirəm niyə. Bu, sadəcə qeyri-reallıqdır. Ümumiyyətlə isə Faiq Ağayevi çox bəyənirəm. Əfsuslar olsun ki, o, bu gün çıxış etmir. Onun "Sən gəlməz oldun” mahnısı çox xoşuma gəlir.

Aparıcı: Leyla xanım, bəs Bakı sizdə hansı mahnı ilə assosiasiya yaradır?

Leyla Əliyeva: Bizim o qədər mahnılarımız var ki... Bakı məndə musiqi, sevgi və sevinclə assosiasiya yaradır. Əlbəttə ki, Müslüm Maqomayevin "Azərbaycan”ı nömrə birdir. Bəli. Ümidvaram ki, bundan sonra daha çox musiqi olacaq. Çünki bizim xalqımız musiqi qabiliyyəti olan xalqdır. Musiqi isə ürəkdən gəlir, yaradandan gəlir. Yaradıcılıq sözü "yaradan” sözündəndir. Mənə elə gəlir ki, bu, dünyanı daha yaxşı edir.

Aparıcı: Zəhmət olmasa deyin, bu gün hamı "Jara” festivalının ruhundan danışır. Sizcə festivalın ruhu nədədir?

Leyla Əliyeva: Əlbəttə ki, insanlardadır, sizin enerjinizdə, sizin sevginizdədir. Sizin düşüncələrinizdə və Azərbaycandadır. Sağ olun.

***

Xatırladaq ki, qırmızı xalıdan Emin Ağalarov, Filipp Kirkorov, Vera Brejneva, Bosson, Rita Dakota, Dmitri Matatov, Nikolay Baskov, Kristina Orbakayte, Burito, Elina Çaqa, Zivert, Aleksandr Panayotov, Slava, Qriqori Leps, Ani Lopak, Lolita, Sergey Lazarev, Albina Canabaeva, Maks Barskix, Olqa Buzova, Alessandro Safina, Mişa Romanova, Çingiz Mustafayev, A’Studio, NK, MONATIK, Artik & Asti, Mozgi, Qlyuk’oza, Vremya & Steklo qrupları və başqaları keçiblər.

Emin Ağalarov "Jara” festivalının hazırlıq işlərinə həmişəki kimi bir il vaxt sərf olunduğunu bildirib. O qeyd edib ki, builki festival çərçivəsində də maraqlı ifalar, duetlər olacaq. Ümumilikdə festivalda dörd gün ərzində 250-dək ifaçı çıxış edəcək. Festivalın bu il də əla keçməsi üçün əlimizdən gələni etmişik.

"Jara-2019”un qırmızı xalı üzərindən keçən digər iştirakçıları da festivalın yüksək səviyyədə təşkilindən, Bakıda olmaqdan məmnunluqlarını ifadə ediblər. Onlar festivalı bütün il ərzində səbirsizliklə gözlədiklərini söyləyib, Azərbaycan xalqının qonaqpərvər olduğunu və bu tədbirdə məmnuniyyətlə oxuyacaqlarını bildiriblər.

Sonra "Jara-2019” festivalı başlayıb.

Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, "Russkoye radio”nun və "Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Pia.az

 

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar