Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Son dörd ayda SEPAH-ın Suriyada öldürülən əməkdaşları: Onlardan beşi generaldır - Adlar

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ötən ilin dekabrından bəri Suriyada 16 əməkdaşını, o cümlədən beş generalını itirib...

Oxu.Az xatırladır ki, 2023-cü ilin dekabrın əvvəllərində İsrailin Suriyaya aviazərbələri nəticəsində SEPAH-ın iki generalı - Məhəmməd Əli Atai Şorçe və Pənah Tağızadə - həlak olmuşdu. Onlar Qüds Qüvvələrinin Suriyadakı məsləhət missiyasında xidmət edirdilər.

2023-cü il dekabrın 25-də İsrailin Dəməşqə hücumları nəticəsində SEPAH-ın daha bir əməkdaşı, İranın yüksək nüfuza malik komandirlərindən biri Seyid Razi Musəvi öldürüldü.

2024-cü ilin yanvarın 20-də İsrailin keçirdiyi digər əməliyyatla SEPAH-ın daha beş üzvü həlak olub.

Həmin vaxt Qüds qoşununun kəşfiyyat xidmətinin komandiri general Yusif Ümidzadə və daha dörd zabiti Dəməşqin qərbində yerləşən Mezze məhəlləsinə endirilən raket zərbələri nəticəsində öldürüldü.

Qeyd edək ki, İsrailin aprelin 1-də İranın Dəməşqdəki konsulluğuna endirdiyi aviazərbələr nəticəsində ikisi general olmaqla SEPAH-ın yeddi əməkdaşının həyatına son qoyulub.

Ölən generallar Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Hacı Rəhimi olub.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - Dosye

ASCO maliyyə zərərinin səbəblərini açıqlayıb

Dünyada qadağan olunan yağ Bakıda satılır - Foto

Şuşada İslam Dünyası İrs Komitəsinin 12-ci iclası keçiriləcək

Sumqayıt şəhər stadionuna yeni direktor təyin olundu

Gürcüstan AŞPA-da Azərbaycan nümayəndə heyətinin iştirakı olmadan aparılan müzakirələri qəbul etmir

Yalçın Rəfiyev SBM komissiyasının iclasında çıxış edib

Ən çox oxunanalar