Bazar ertəsi, 09 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Son 12 ildə Azərbaycanda dövlət sifarişi ilə çəkilən filmlərin sayı açıqlanıb

Mədəniyyət Nazirliyi son 12 ildə Azərbaycanda dövlət sifarişi ilə çəkilən filmlərin sayını açıqlayıb

Nazirlikdən “Report”a verilən xəbərə görə, 2006-2018-ci illər ərzində dövlət studiyalarında və müstəqil prodüser mərkəzlərində çəkilən filmlər və onların beynəlxalq kino festivallarında iştirakı təhlil edilib.

Qeyd olunan dövr ərzində kino sahəsinin inkişafı məqsədilə dövlət büdcəsindən ayrılan vəsait hesabına 43 tammetrajlı bədii, 45 qısametrajlı bədii (bədii filmlərin 41%-i müstəqil studiyalar tərəfindən çəkilib), 214 sənədli, 21 cizgi filmi və “Mozalan” kinojurnalının 18 buraxılışı, ümumilikdə isə 341 adda film məhsulu istehsal edilib.

Bu dövr ərzində istehsal olunun ekran əsərlərindən 63 bədii, sənədli və cizgi filmi dünyanın 5 qitəsini əhatə edən 57 ölkədə keçirilən Kann, Venesiya, Berlin, Karlovy Vary, Tokyo, Moskva və s. 224 film festivalının müsabiqə proqramına seçilərək 346 dəfə həmin festivallarda iştirak edib. Həmin ekran əsərləri 8 “Qran-Pri”, 30 “Ən yaxşı bədii film”, 8 “Ən yaxşı sənədli film”, 9 “Ən yaxşı rejissor işi”, 15 “Ən yaxşı aktyor oyununa görə” olmaqla ümumilikdə, 140 müxtəlif mükafat qazanıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

Elariz Məmmədoğlu: "Qazancım haqda soruşmayın"

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Cəlilabadda yanan evdə qalan azyaşlı xilas edilib - Yenilənib

Ən çox oxunanalar