Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Slovakiya və Macarıstan Aİ pullarının Ukraynaya ayrılmasına mane olub

Macarıstan və Slovakiya Avropa İttifaqından Ukraynaya 50 milyard avroluq yardım paketinin ayrılmasına qarşı çıxıblar...

Poliqon xəbər verir ki, bu barədə Politico qəzeti diplomatik dairələrə istinadən yazır.

Macarıstan və Slovakiyanın Ukraynaya yardımın xeyrinə Avropa İttifaqı büdcəsində islahatlardan imtina etməsi qurumun Brüsseldə keçirilən sammiti zamanı rəsmiləşdirilib.

Nəşrin mənbələrinin bildirdiyinə görə, Slovakiyanın Baş naziri Robert Fiko Kiyevə yardımdan imtina etməsini ölkədə korrupsiyanın yüksək səviyyədə olması və pulların oğurlanacağından qorxması ilə əsaslandırıb.

Bundan əvvəl Avropa İttifaqı ölkələrinin xarici işlər nazirliklərinin rəhbərləri Ukraynaya hərbi yardım üçün 8-ci maliyyə paketinin ayrılması məsələsində razılığa gələ bilməyiblər. Avropa diplomatiyasının rəhbəri Cozep Borrell Lüksemburqdakı görüşdən sonra Kiyevə yeni tranşın ayrılmasına çalışacağını bildirib.

Qeyd edək ki, Rusiyayönlü siyasətçi hesab olunan Robert Fikonun partiyası bu yaxınlarda keçirilən seçkidə qalib gəlib və o, baş nazir seçilib. Robert Fiko əvvəllər də Sklovakiyanın baş naziri olub.

Macarıstanın isə Ukrayna ilə uzun müddətdir problemləri var. Onlar Avropada Rusiya ilə əlaqələri davam etdirən azsaylı ölkələrdən biridir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

Ataların da uşaqlara görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olacaq

Ən çox oxunanalar