Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Siyavuş Novruzovun tənqidinə münasibət


Elçin Mirzəbəyli: “Nə qədər ki, ədəbiyyatın ünvanı AYB olacaq, o zamana qədər yazarlarımız öz yazdıqlarını elə özləri oxuyacaqlar”; Mircəlil Cavanşir: “Siyavuşun belə danışması, özünü canıyanan göstərməsi artistlikdir”


Seyran Səxavət: “Mənim üçün bu məsələlər artıq kiflənib, köhnəlib və mənasızlaşıb”

YAP-çı deputat Siyavuş Novruzov Azərbaycan Yazıçılar Birliyini (AYB) tənqid edib. O, müsahibəsində bunları deyib:

 “Azərbaycan ədəbiyyatı eyni adamlarla bitə bilməz. Bu baxımdan müxtəlif proqramlar çərçivəsində, mənə elə gəlir ki, gənc yazarlara xüsusi kömək olunmalıdır, dəstək göstərilməlidir. Mövcud yaradıcı birliklər sovet sistemindən çıxıb, yenidən təkmilləşməlidir. Amma hesab edirəm ki, bu gün o tərkibdə də müvafiq dəyişikliklər getməlidir. Məsələn, hər dəfə, heç olmasa, 10 faiz, 20 faiz, 30 faiz dəyişikliklər olanda ədəbiyyatın inkişafına da kömək olur. Azərbaycan Yazıçılar Birliyi dövlət büdcəsindən maliyyələşir və hesab edirəm ki, qurumda hər şey sistemləşməlidir. Mənə elə gəlir ki, bunlar öz nəvə-nəticələri üçün yox, digər şairlər, yazıçılar üçün də çalışmalıdır. Yazıçılar birliyində gənclərə üstünlük verilməlidir”. 

Maraqlıdır, yazarların Siyavuş Novruzovun dediklərinə münasibəti necədir? Onun dedikləri ilə razılaşırlarmı? 

Bunu öyrənmək üçün bir neçə yazarla əlaqə saxladıq.

Publisist-şair Elçin Mirzəbəyli Siyavuş Novruzovun fikirlərində təəccüblü bir şey olmadığını dedi: “Yazıçılar Birliyinin rəhbər şəxslərini görəndə ikiqat olan bir qrup cızma qaraçının, yaxud istedadlı qorxağın kluarlarda danışdığını olduğu kimi ifadə edib. AYB-nin qurultayında Vaqif Səmədoğlu (Allah ona cansağlığı versin) öz çıxışında uşaqlığının Yazıçılar Birliyinin binasında keçdiyini, bu binanın onun üçün doğma olduğunu, uşaqlıq xatirələrinin burada qorunduğunu dedi. Əslində təkcə özünün yox, valideynləri AYB-nin rəhbərliyində təmsil olunmuş bir çoxlarının düşüncələrini dilə gətirdi. Bu baxımdan, Siyavuş Novruzovun fikirlərində təəccüblü heç nə yoxdur. Adamlar öz valideynlərinin və özlərinin xatirələrini qoruyurlar. Amma ədəbiyyatla və yaradıcı adamların problemləri ilə bağlı məsələnin kökünü AYB-də axtarmağı da doğru hesab etmirəm. Yaradıcılığı pula çevirməyin yollarını axtarmaq, insanlarımızı kitab oxumağa alışdırmaq, toplumun ümumi mədəni səviyyəsini qaldırmağın yollarını axtarıb tapmaq lazımdı. Tutaq ki, Azərbaycanda AYB adlı bir qurum yoxdu, o zaman nə olacaq? O zaman günahı kimin üzərinə atacağıq? Azərbaycan ədəbiyyatının problemlərini yalnız AYB-nin kimlərinsə uşaqlıq xatirələrini qoruyan binasında axtarmaq məsələnin ən asan tərəfidir. Ədəbiyyatı inkişaf etdirməyin yolu isə AYB-dən yox, Azərbaycan cəmiyyətindən keçir. Nə qədər ki, ədəbiyyatın ünvanı AYB olacaq, o zamana qədər Azərbaycan yazarları öz yazdıqlarını elə özləri də oxuyacaqlar”.

Yazıçı Cəlil Cavanşir isə Siyavuş Novruzovun dediklərini artistlik adlandırdı: “Hesab edirəm ki, AYB-nin belə iyrənc bir quruma çevrilməsinin səbəbkarı məhz siyavuş novruzovların təmsil olunduğu hakimiyyətdir. Siyavuşun belə danışması, özünü canıyanan göstərməsi artistlikdir”.

Yazıçı Qan Turalı AYB-nin qocaların müqəddəs ocağı olduğunu bildirdi: “Azərbaycan Yazıçılar Birliyi artıq qocaların müqəddəs ocağıdır. Orda gənc nəfəsi dözülməzdir. Bu məsələyə AYB cavab verməlidir, biz yox. Mənim o qurumdan heç bir gözləntim yoxdur”.

Yazıçı Aysel Əlizadə isə onun üçün AYB mövzusunun bağlandığını dedi: “Mənim üçün AYB mövzusu artıq  qapanıb. Bu barədə düşünməyi vaxt itkisi sayıram”.
Yazıçılar Birliyinin katibi Fikrət Qoca isə “Azadlıq”a açıqlamasında bu məsləyə geniş münasibət bildirməyəcəyini söyləyib: “Görünür, deputatların işi azalıb, indi də yazıçılardan danışırlar. Yəqin yay fəslinə görədir”.

Yazıçı Seyran Səxavət isə belə məsələlərin vaxtının keçdiyini bildirdi: “Mənim üçün bu məsələlər artıq kiflənib, köhnəlib və mənasızlaşıb”.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

Ən çox oxunanalar