Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirvanda şəhid Cəfərov Yusif Mübariz oğlunun doğum günü qeyd olunub

Aprelin 25-də Şirvan şəhidi Cəfərov Yusif Mübariz oğlunun doğum günü qeyd edilib. Bu münasibətlə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısının müavini Aynur Fərzəliyeva, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elvin Balayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov, Qafqaz Müsəlmanlar İdarəsinin bölgə üzrə səlahiyyətli nümayəndəsi Hacı Əvəz Mehrəliyev, Ağsaqqallar Şurasının üzvü Hacı Vasif Əlizadə Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyub, məzarı üzərinə gül dəstələri düzüblər. Torpaqlarımızın azadlığı, vətənimizin bütövlüyü uğrunda canını fəda edən qəhrəman şəhidimizə Allahdan rəhmət, doğmalarına səbir diləyiblər. Belə vətənpərvər, mərd oğul böyütdüyü üçün şəhidin anası Gülbəniz xanıma təşəkkürlərini bildiriblər.

2020-ci ilin sentyabrın 27-də başlanan II Qarabağ müharibəsində düşmənə qan uddurmaq üçün cəbhəyə yollanan, qanları ilə şanlı tariximizi yenidən yazan oğullarımızdan biri də Yusif idi. O, Zəngilan, Qubadlı, Cəbrayıl döyüşlərində xüsusi qəhrəmanlıq göstərib, döyüş tapşırığını yerinə yetirərkən şəhadətə yüksəlib. Şücaətli Vətən oğlu 4 noyabr 2020-ci ildə Şirvan Şəhidlər Xiyabanında izdihamla dəfn edilib. Şəhid Yusif Cəfərov Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və "Qubadlının azad olunmasına görə" medallarına layiq görülüb.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısının müavini Aynur Fərzəliyeva ərazi bötüvlüyümüz uğrunda həyatlarının ən gözəl çağında canlarından keçərək şəhadətə yüksələn şəhidlərimizin xatirəsinin daim əziz tutulacağını, hər zaman dərin ehtiramla yad ediləcəyini söyləyib. Qəhrəman oğullarımız sayəsində 44 günlük Vətən müharibəsində bütün dünyanın vətən sevgisinin yenilməz gücünə, əsl həmrəyliyə, birliyə şahid olduğunu diqqətə çatdırıb. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb.

YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov çıxış edərək Böyük Qələbəni bizlərə yaşadan, azad olunmuş torpaqlarımızda üçrəngli bayrağımızı yenidən dalğalandıran şanlı ordumuzun gücünü düşmənə bir daha göstərən igidlərimizin qəhrəmanlıq tariximizi yenidən yazdığını bildiriblər. Ən yüksək məqama-şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızı hər zaman dərin minnətdarlıq hissi ilə xatırlayacağımızı söyləyiblər.

Yusiflə bağlı xoş xatirələrini bölüşən şəhid anası oğlunun mərdliyindən, vətənpərvərliyindən, şərəfli ömür yolundan danışıb. Gülbəniz xanım şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan Cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban Xanım Əliyevaya dərin təşəkkürünü və minnətdarlığını ifadə edib.

Sonra şəhidin böyüyüb boya-başa çatdığı evin qarşısında onun xatirəsinə ithaf olunan bulağın aşılışı olub. Sonda isə şəhidin xatirəsinə iftar süfrəsi verilib.
Allah rəhmət eləsin!

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Polad Bülbüloğlu Özbəkistanın Xalq artisti oldu - Fotolar

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Venesuelanın Ali Məhkəməsi Maduronun seçkilərdəki qələbəsini təsdiqləyib

Ən çox oxunanalar