Bazar ertəsi, 09 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şimali İrlandiya hökumətinə tarixdə ilk dəfə olaraq millətçilər başçılıq edəcək

Milli Respublikaçılar Partiyası “Şinn feyn” tarixdə ilk dəfə olaraq Şimali İrlandiya hökumətinə rəhbərlik edəcək...

“Report” xəbər verir ki, Assambleyanın (regional parlament - Qeyd) iclasında regionun birinci naziri vəzifəsinə partiya rəhbəri Mişel Onilin namizədliyi təsdiqlənib.

Demokratik Birlik Partiyası hakim koalisiyanın kiçik üzvü kimi çıxış etməli olacaq. Şimali İrlandiyada millətçilər və ittifaqçılar arasında güc bölgüsü prinsipinə uyğun olaraq, Demokratik Birlik Partiyasıdan Emma Littl-Penqelli hökumət rəhbərinin müavini olub.

İclasda Assambleya sədrinin namizədliyi də təsdiqlənib. Bu vəzifəni 2021-ci ilin may ayından iyun ayına qədər Demokratik Birlik Partiyasına rəhbərlik edən veteran britaniyalı siyasətçi Edvin Puts tutacaq.

Hələ 2022-ci ilin mayında İrlandiyanın birləşməsini müdafiə edən “Şinn feyn” partiyası tarixdə ilk dəfə Assambleya seçkilərində qalib gəlib, ittifaqçılar isə yalnız ikinci nəticə göstəriblər. Bir il sonra partiya yenə ilk dəfə yerli seçkilərdə mandatların əksəriyyətini qazanıb.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prokurorluq əməkdaşı ağır yol qəzasında həyatını itirib

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

Elariz Məmmədoğlu: "Qazancım haqda soruşmayın"

İsrailin Qəzzaya endirdiyi zərbələrdən 30-dan çox adam ölüb

Cəlilabadda yanan evdə qalan azyaşlı xilas edilib - Yenilənib

Ən çox oxunanalar