Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sığınların qulağına taxılan sırğa kimi... - İnsanları, doğrudan da çiplərlə idarə etmək istəyirlər?..

“İnsanlar həqiqətlə qarşılaşmaq istəmirlər, çünki bunun çox sarsıdıcı və narahat edici olduğunu bilirlər. Lakin həqiqətin bir kəlməsi belə bütün dünyaya dəyər”...

Arslan Bulut

“Yeni Şafak” qəzeti, Türkiyə, 24 aprel 2020-ci il

Twitter, Facebook, Youtube, WhatsApp kimi sosial şəbəkələr, əslində, açıq kəşfiyyat mənbəyidir. Bu şəbəkələrdəki həyatımız, siyasi-sosial düşüncələrimiz və seçimlərimizlə bağlı məlumatlar süni zəka ilə qiymətləndirilir və buna uyğun olaraq bizə müxtəlif reklamlar göndərilir.

Məsələn, Bill Qeyts insanların dəri altına çip yerləşdirilməsini və ya terapevtik peyvənd adlandırdığı bir üsulla molekul səviyyəsində olan ötürücülərin insanların bədəninə yeridilməsini istəyir. Lakin indi bu vəzifəni smartfonlar vasitəsilə istifadə etdiyimiz proqramlar həyata keçirir.

Covid-19-dan əvvəl 2009-cu ildə Ümumdünya Səhiyyə Təşkilatının qlobal epidemiya idarəsinin rəhbəri donuz qripinin dərman şirkətləri ilə birlikdə aparılan bir qorxu kampaniyası olduğunu etiraf etmişdi.

O vaxtı bunu bacara bilmədilər, amma 10 il sonra 2019-cu ildə Covid-19-u ortaya çıxarıb, bütün dünyanı evlərə həbs etdilər. İndi də peyvənd təbliğatı aparırlar. Fikir verirsinizsə, elektromaqnit sahələrinin bioloji varlıqlar üzərində əmələ gətirdiyi təsirin koronavirusdan daha təhlükəli olduğunu gündəmə gətirən xəbərlər və elmi videolar sosial mediada senzuraya məruz qalır. Əgər bunlar sui-qəsd iddialarıdırsa, o zaman niyə senzura tətbiq edirlər?

Bu məsələlərlə bağlı olaraq Birol Baydar da: “Bilirəm ki, bu, sizin işiniz deyil, ancaq məqalələrinizə yol göstərən təkliflərinizi də əlavə etsəniz, daha yaxşı olar. Artıq kifayət qədər təcrübəniz də var”, deyə bir mesaj göndərib.

Ona cavab olaraq pakistanlı alim Pervez Hudboyun sözlərini xatırlatdım:

“Konstruktiv bir dəyişiklik etmək üçün həqiqəti bütün çılpaqlığı ilə ortaya qoymaqdan başqa bir çarə yoxdur”.

Lakin, təbii olaraq real faktlar bir çox insanı narahat edir. Bunun səbəbini isə Tekse Marrs adlı bir yazıçı “Qaranlıq əzəmət” (Dark Majesty) kitabında izah etmişdi:

“Bu dəhşətli sui-qəsdin məzmunu dayaz insanları narahat edir, onların rahatlığını pozur. Həqiqət ənənəvi düşüncə qəliblərinə sığmır və ictimai cəhətdən “doğru” qəbul edilən prinsiplərlə üst-üstə düşmür. Onların mövcud sistemlərə olan inamı sarsılır, emosional əhval-ruhiyyələri təhdid olunur. Həqiqətlə qarşılaşmaq istəmirlər, çünki bunun çox sarsıdıcı və narahat edici olduğunu bilirlər. Ancaq Soljenitsinin dediyi kimi, cəsur insan üçün ən sadə addım hər hansı yalanın bir hissəsi olmamaqdır. Həqiqətin bir kəlməsi belə bütün dünyaya dəyər...”

Onsuz da artıq sui-qəsd prosesi açıq şəkildə görünəcək bir həddə çatıb. “Washington Times” qəzeti 2 dəfə açıq şəkildə Bill Qeyts və Fauçini demokratiyanı və azad düşüncəni məhv etməyə çalışmaqda günahlandırıb.

Qəzet verdiyi manşetdə: “Amerikanın təkmilləşdirdiyi azadlıqları məhv etmələri üçün bu adamları kim seçdi?”, deyə sual verib.

Qəzet, həmçinin, Bill Qeytsin “biometrik əsaslı identifikasiya və izləmə sistemi” layihəsini 2019-cu ilin yanvar ayında elan etdiyini və 1,3 milyard əhalisi olan Hindistanda tətbiq etməyə başladığını qeyd edib.

Qəzet, həm də Amerikanın səhiyyə sistemini idarə edən Fauçinin “amerikalıların koronavirus üçün immun kartlarından istifadə etməsi müzakirə olunur” dediyini və amerikalıların bu dəhşətli sui-qəsd qarşısında müdafiəsiz qaldığını bildirib. Oxucuların yazığı şərhlərdə isə görünür ki, onlar sığınların qulağına asılan və onların kimliklərini göstərən sırğalar kimi, insanlara da çip yerləşdirmək istəyən Bill Qeytsin və Fauçinin həbs olunmalarını istəyirlər.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Xankəndidə İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi dəqiqləşib

Ən çox oxunanalar