Çərşənbə, 29 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sərhədsiz Reportyorlar” həbsdə olan iranlı xanım jurnalisti mükafatlandırıb

“Sərhədsiz Reportyorlar” təşkilatının builki “Cəsarət Mükafatı” İranın həbsə atdığı xanım jurnalistə verilib…

Nərgiz Mohəmmədi son 12 ildə dəfələrlə həbs olunub.

PİA.az BBC-yə istinadən xəbər verir ki, bazar ertəsi, dekabrın 12-də Sərhədsiz Reportyorların 2022-ci il üçün “Cəsarət Mükafatı”nın qalibi elan edilib. Mükafat İranın Evin həbsxanasında məhbus olan ictimai fəal Nərgiz Mohammədiyə verilib. Xanım Mohəmmədi həmçinin BBC tərəfindən dünyanın yüz ən nüfuzlu və ilhamverici qadınlarından biri seçilib.

Qeyd edək ki, bu ilki mükafatlandırma mərasimi Parisdə keçirilib.

“Sərhədsiz Reportyorlar” təşkilatı hər il verdiyi bu mükafatı demokratiya və insan haqlarına töhfə vermək üçün jurnalistikadan istifadə edən qeyri-adi insanlara verdiyini açıqlayıb.

Xanım Mohəmmədini mükafatlandırma mərasimində onun adından qızı təmsil edib və mərasimdə həbsdə olan jurnalistin mesajı oxunub. Mesajda Nərgiz Mohəmmədi deyib: “Mən bu mesajı yazarkən 60-dan çox qadın siyasi məhbusun əhatəsindəyəm, ölkədə xalq üsyanında və hökumətin repressiyaları davam edir”.

Mükafatı xanım Mohəmmədinin adından övladları və həyat yoldaşı alıb.

“Sərhədsiz Reportyorlar” təşkilatı bu münasibətlə yaydığı açıqlamada bildirib ki, son on iki ildə dəfələrlə həbsdə olan xanım Mohəmmədi həbsxananın içindən belə, xüsusən də həmkarları haqqında reportajlarını heç vaxt dayandırmayıb.

Qeyd edək ki, Nərgiz Mohəmmdinin tanınması üçün ona bir sıra beynəlxalq mükafatlar verilib. Xanım Mohəmmədi 2009-cu ildə Alexander Langer mükafatına, 2011-ci ildə İsveç hökuməti və canlı tarix fondu mükafatına, 2016-cı ildə Ümumdünya Mətbuat Azadlığı Günü Mükafatına, 2018-ci ildə Amerika Fizika Cəmiyyətinin Saxarov Mükafatına layiq görülüb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Emil Alxaslını kim və niyə qoruyur? - “SOCAR Downstream Management” şirkətinin etdiyi özbaşınalıqlara “dur” deyən olacaq?..

Bu prospektdəki məşhur dairə ləğv edildi - Video

Rusiya hər tərəfdən mühasirəyə alınıb - Medvedev

Avropa İttifaqı Gürcüstanla bağlı bəyanat yayıb

Erməni katolikosu "Sardarapat" memorial kompleksinə buraxılmadı

Prezident və birinci xanım Xocalıda 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar - Yenilənib

İspaniyanın ardınca daha iki dövlət Fələstini rəsmən tanıdı

Putin: Ukrayna ilə bağlı danışıqları İstanbulda qoyulmuş əsasda davam etdirməyə hazırıq

Sabiq nazirin oğlu sədr müavini təyin olunub    

Azərbaycan boksçusundan Banqkokda növbəti qələbə

Ən çox oxunanalar