Bazar ertəsi, 27 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səlim Müslümov 4 vəzifəli şəxsi işdən çıxardı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) aidiyyəti fəaliyyət sahələrində islahat tədbirlərinin praktiki tətbiqi məsələlərinə həsr olunmuş müşavirə keçirilib


PİA.AZ-ın ƏƏSMN-in mətbuat xidmətinə istinadən məlumatına görə, nazir Səlim Müslümov bildirib ki, təkcə cari ilin 9 ayında ünvanlı sosial yardımı alanlar ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,7 faiz, oktyabr ayında isə 4 faizə yaxın azalıb. Həmçinin bu ilin 10 ayında ötən ilin müvafiq dövrünə nisbətən ilkin əlillik təyin olunmuş şəxslərin sayı 2,4 min nəfərdən çox, təkrar olaraq əlillik qrupu təyin edilənlərin sayı 4 min nəfərə yaxın azalıb. İlkin olaraq sağlamlıq imkanları məhdud hesab edilən uşaqların sayında da 2,8 min nəfərədək azalma qeydə alınıb. Əlillik təyinatı və reabilitasiya məsələləri ilə əlaqədar şikayət xarakterli müraciətlərin sayı azalıb.

Nazir vurğulayıb ki, bu günkü müşavirənin əsas məqsədi də aparılan bu islahatların praktiki tətbiqinin sürətləndirilməsini və genişləndirilməsini təmin etmək, bunun üçün səyləri artırmaqdır. Ünvanlı dövlət sosial yardımı sisteminin avtomatlaşdırılmış rejimdə fəaliyyəti üçün hazırlanmış elektron infrastruktur aidiyyəti dövlət orqanlarının bu sahədə müvafiq işləri başa çatdırmalarından dərhal sonra işə salınacaq. S.Müslümov bildirib ki, bu gün 1,3 milyondan artıq əhali kontingentinə xidmət göstərən nazirliyin bütün fəaliyyət sahələri daim cəmiyyət üçün açıqdır.

Müşavirədə nazirliyin fəaliyyət sahələrində aparılan islahatların sürətləndirilməsi, tibbi-sosial ekspertiza xidmətinin avtomatlaşdırılması üçün aparılan texniki işlərin mövcud durumu, yerli qurumlarda əhaliyə göstərilən xidmətin vəziyyəti geniş müzakirə olunub. Müzakirələrin nəticələrinə uyğun fəaliyyətində neqativ hallara yol verən iki Tibbi-Sosial Ekspert Komissiyasının sədri və iki Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru tutduqları vəzifədən azad olunub. Bundan başqa, funksional vəzifələrinin icrasında nöqsanlar aşkarlanan 4 əməkdaş tutduğu vəzifədən azad olunub, 28 əməkdaş barəsində isə inzibati tənbeh tədbirlərinin görülməsinə dair qərarlar qəbul edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda keşiş Paşinyanın postuna namizəd oldu

Qazaxın işğaldan azad edilən dörd kəndinin sakinləri doğma yurdlarında - Video

Paytaxtdakı uşaq bağçasında çəkilən kadrlar müzakirələrə səbəb olub

Azərbaycanda hotellərə ulduz dərəcəsi hansı meyarlara görə verilir?

Sərbəst güləş yığmamız Avropa çempionu oldu

Siyəzəndə 45 yaşlı kişi özünü güllələyib

Zelenski ABŞ və Çin liderlərini sülh sammitinə çağırıb

“Formula 1” üzrə Monako Qran-prisinin qalibi müəyyənləşib

Ən çox oxunanalar