Bazar ertəsi, 27 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sələfi liderin İraq və İŞİD-lə bağlı qalmaqallı fikirləri


Fizuli Şəfiyev: “Elə bir xalq, din yoxdur ki, zülmə qarşı öz etiraz səsini ucaltmasın”; Azər Rəşidoğlu: “Belələrinin dininin, inancının olması böyük şübhə altındadır”


Yerli sələfi liderlərindən olan Qamət Süleymanov “Yeni Müsavat”a müsahibəsində İraqdakı son durum, eləcə də cihad, İŞİD mövzusuna münasibət bildirib

Müsahibədəki bir sıra məqamlar suallara səbəb olub və birmənalı qarşılanmayıb.

Məsələn, Əbu Bəkr məscidinin imamı bildirib ki, şiəlikdən fərqli olaraq sələfilikdə hakimiyyətə qarşı çıxmaq olmaz. Sitat: “Bu məsələdə firqələrin münasibəti, yanaşması var. Biz sələfilərə görə, hakimə qarşı çıxmaq olmaz. Fərqi yoxdur, hakim, rəhbər şəxs zalımdır, ya yox. Şiə məzhəbinə görə, zalım hakimə qarşı döyüşmək lazımdır. Ancaq biz bunu qəbul etmirik. Çünki zalım rəhbərə qarşı çıxmaqla iş düzəlmir. Əksinə, qarşı çıxanda məsələ bir az da böyüyür. Kim hakimə qarşı çıxıbsa, xeyrə çatmayıb. Suriyada bunun şahidi olduq. Şəhərlər dağıldı, yüz minlərlə insan öldü. Bəli, Bəşər Əsəd zalımdır. Amma ona qarşı çıxmaqla düz etmədilər”.

İraqda baş verən son olaylara münasibət bildirən Q.Süleymanov bu ölkədə baş verənlərin terror deyil, məzhəblər arasındakı qarşıdurma kimi qələmə verməyə çalışıb. Maraqlıdır ki, İŞİD adı ilə baş verənlərin təxribat olduğunu qeyd etməyə çalışıb. Sitat: “İŞİD məsələsi çox şişirdilib. İraqda İŞİD qiyamçıları heç 20 faiz təşkil etmir. Orada sünni qruplar, tayfalar, qəbilələr ayağa qalxıblar. Ölkənin baş naziri Nuri Əl Maliki onları hökumətdən uzaq saxlayıb. İraq hakimiyyətində, vəzifələrdə şiələr təmsil olunur. Ona görə də əhli-sünnə Malikiyə qarşı çıxıb. Amerikanlar da tələb edir ki, Maliki bərabər bir hökumət qursun, vəzifələrdə tək şiələr təmsil olunmasın... O ki qaldı sosial şəbəkələrdə yayılan videolara, ola bilsin ki, belə faktlar var. Amma bunu Əsədin ordusu də edə bilər. Bu dəqiqə həm də informasiya müharibəsi gedir”.    
BQPEBQXDw8QFA8SFBUWFhUUFBUYHCggGBolGxQUITEiJSkrLi4uFx8zODMsNygtLisBCgoKDg0OFxAQFSwdHxwtKywsLCwsLCwsLCwsLCwsLywrLCwsLCwsLCwsLCwsKyssLCwsKywsNyssLDc3NywsK//AABEIAJgAyAMBIgACEQEDEQH/xAAcAAABBQEBAQAAAAAAAAAAAAACAAEDBQYEBwj/xAA9EAACAQIEBAIHBQcDBQAAAAABAgADEQQSITEFBkFRYZETIjJxgaGxByNCUnIUM4LB0eHwYqKyJDRDU5L/xAAZAQEAAwEBAAAAAAAAAAAAAAAAAQIDBAX/xAAeEQEBAAIDAQEBAQAAAAAAAAAAAQIRAyExElEiQf/aAAwDAQACEQMRAD8A0kIQYYllBRxGEIQHEMGCIQEBwYYMYCGogISQCIaC5NgNSSbACYLmX7RVpt6PAgVGBs1Ui6e5R198Hr0EIf8ANBImxdJfarIP4xPDMfzBjcQSaldz4AlQPgJyjDVW3u31lblIvMK+gExFNvZqof41/rJAt9jf3az5ydmXTbzvOrB8fxGHYGnVdD0GckeUn6R8voMrAImN5T58XEhFxAVCfVzg6ZhtcdLzbWB2N5KNIjGhsINoAExXhEQYCvEY8UAYo5igKKIRQKsQxBhCEDAhAQAZIIDiEIMMQCUSRRABnHxriYwuGq1j+BSV8W2UecDFfaRzIzP+xYY6/wDnIO56Ux2tuZkcNwRxpYA/5oJdcs8Oyqa1b1q1W7k/lBN/MzRUcIpnPycn46+Lh3N1lMJwdgfWHx3mgw3D1IAyy0pYYCTLSmFytdUwk8ZbjXLgqarYHe8yvEODtRF3G50HfxnqxWUnM/DfTUTbcaiWwzsqnJxzKb128yR2TbT+U9Q+ynmepVZsNXbN6peix3FvaU99LTyzE0yCRbw6y05QxZw+MoVM2W1RQf0sbGdccNfQrCRsJPUEiaWURxoRjQGijxoDRoUYiA0UeKBWCFBjwgQhAwRHBgHeINAvGLQJc0znPql8NTTo1dM36QCSPlLzPKnmhc1C/wCVg3yI/nF8WnqgwrXP0l1RMpsBTvY3lvhVJ8Z5+V7enjOnQu06aY0nEikm1p3CmQJCyKqLRitx8LQqnjIWe0gYHm3gwRswGhv8LTOYVLMCdLEEec9H45ZkIYadJia2Ey3I1F7DwnVxZbjj58NXb6DvcDxAPykLQ6R9RbflX6QWnQ5QGNHMaA0UeK0BojHjGArRRCKBUwhAhCECiijGA5MjLR2MiYwmGZtZW8w4gJhqrEXAW9u+onc8ruOqDhqoIuMu0XxMYXC82opAKHXxGk23COMUaiFgw08/Kec0QXdKf7OuVyVDbFfEzuoYE0MQtM6qWy3BuNdrGcueE9dnHnWuxvM1OkpyLnbte0qDz6+xoC/6jb6Tp4xwZaYHoxdyLt75n6XFK1J1HoM4Zsui3N/KVx1epF85Z3bpo8JzXnYCtS9GDsb3+Jl6GvqNeo63HQzP8QqOHCVaAa43W2g+EuOHLlS3hp4CZ5ztphelZzADYQMJwtUUVG9c20UjS/QmS8bGYL+oTrs97MLLlNtOojesZpaY7z7bTl7FmthqbN7Vsre8TtaV3LNDJhlJ/ES/nLFp3Yb+Zt5vLJOTKTzYI0cxpZmUaPFAaKPGgMI8eNApxCEEQgYQeMTHvBJgCxkbGG0iMAWnHxRM1GoP9JnYxnPi1vTcd1P0ipjGpgLWKnS206MHhr16dxqCWt27To4YBl13knDCXxO2l7A+7ecNttr1MZJIvsbQDEXlJU4O1J8w9ZTr2Imiqm7NYbfWR4XFBjlfQ+d5nGqHC4AEXt56w6qW2nYwsNDOCu29zJqJFFxlgMvXW8sy7VEWw11tre9xa5lFj9XtfTaa7lWiKpXKNEsahtsRsPjLTHeopc5jbl+NRhKPo6SJ+VVX5QjJnkRE748ve0cUIiKEBjRzGgKNHjQHjR40CnEeMI8IKMY8YwBaRNJDAaBG0ER3gKdYSx7YgUhUBNspI+ek4uFcxrQq2YFl3UgbHrI+dh6Osy29plqj3G/85S4NqdxnbLuGNr2mFwne3Vjy5WSRvMTzK1X/ALa6DQsxXfwt0nXSrU3Sxe1T2s1ret290y+B9EgOatmzbZR06Xg18WEsQc2xsb6TLWLf6zk3W3weNzra+o0I8ZzY6uEUkyk4LjPXY3upAYHx2MLiFY1Xt+EeOxHWU+e9Lfe5tFhaepve1r6+MvMBxKvhaT1aIByqrOh2qqL3XwNuspMNVNmUE7XB38LTSU0FPBOx6q3kB/czbjn9Rz8l/mtnwzH08VRSrSPqsNtyp6qfESYrPGeV+ZK2Ac5PXpn95TOzeI7Geu8G4rQxtMPQbwKE+uh6gidLlTFYJE6GSAywhAY0lKwcsAI0MiCRAaNCAjQKYR4IhQg8Ewo1oEZgMJNljFIS52EjtaFi8RTpC9R1QeJ18pleL85Kgth0ufztt8B1gN9omCJopVFrocjdyrbWmWwOIpqAKihhcWOgtecuOx1XENmrOX+g+EjTCHNZtxbr0O0plJWmGVxvTcYLG4Wn7VO3QaL8p0JxCk18tMLsCTYk300mewfB6bJZ3N/aS2o91/GG+CFMAq5I6a6m2857hK7LzZ30yXps+X2P+J30jLi2JJA6etbW4nDjsYt9dLizDe57yDh9Q3LMSAo001N9pf5YfdabhlI1CMt7E2A7nvNDzdUFHCimNSxCe8Lq58yPOdPLXCTh6Sl1tUYZsv8A6w3sj39T8JmubMYKuIKg3WkPRjxO7HzmuOP+s88t9M3khZ2T1lYqRsQSD8pOKcZ6dwZZRecG5+xmHstQjEKOj+0Pc09A4FzdhMZYZvQ1PyOQL/pbrPE7ayenCNPoNqcjZJ4th+O4umuVMRUUDYZzpLTh3PmNon7wrXXswAP/ANCTseosIBEp+Ac3YbGeqfuKn5GYWb9LdZe1EhCG0UIiKBQiEIAhiECjgRgZT818V/ZsMSps7/dp4HqfKBFxbmvD4csi/e1B0Hsg9iZkMdzPiq171Min8KaAfGZ9CfPU/GSiRtbQ61W/Uk9ySZzGneThZHVUg3Gvcd4SHDYf0lREG7MqeZtOrmam9Gu5tYMSV02AJA+kXBa4XFUyzZNTla2zW9U2983tfhy4vB0nqkZ8irUa3VQ2cadY0jbzShxhwlhrbbpaSNxklbZLW1/rcwK/C2ou2mxPyljT4WrIGBuOomNyxjfHHKqZWLte1ybn3Cb7kPltnIr4hfUSz00Itnb8N/CcXLnA1b7xx6gNqakfvWG9/ATUcu8aqGq2FxJzML1KDgAelXqhHdRtb800x77Z5ddL7G4n0aPUY3yqzX8epHy+U8sQk3J3Op8b6zZc9Y3JSSiN6hzN+hdvM/QTIKthLKHQD/OslVYCWXVttfhIMRXZhan6o/N1PuEJcdZMrn3ySmPCN6GwHzvJaK94D5YDLOopIikDnVZf8E5rxWFGj+lp7ZHJI+B3EpqiEDTc6CQ4trWA7QPbeC8STGUEqoLX0Zb3yMNxFMn9k2IJp16ROzJUX+IEH6CKSqt45MAmCWgGzzA/aHi81VEB0RL/AMTH+027PPLePY79or1H6Xyj9K6CCONBJ0EjpidCCQnZrSN5JWG0YwbcFVNZecC5nq4MEMgrUna1SmTYhrEB0PQ2Mp6+8uuG8L9IpYnTNt2y21/3wNKyYfHIHw7qWK3KaBtejDpM/hMNUQvSCnNc2HaHjOBmg4akxU2p2I0NyCZqOV6hcVqlaxb0agPa2cH+Y1lMuOVpjy3F18O4d92it6igU0I75rkk9tBK3jPDXrPRq4dslRWepSPxAF/DT5S/q1PSlsosntL/AKyRkT6Eznx9YUqVap0Sn6On7zdQf+R+M0ZbY3jPEf2uv6TLlAULl7Ebj3XnMokNEWHjufjOgDSQk7HTaA1MjbWK/wAt/wC0nZggzN8PGDbkYXg0xCzE6kb6wqYg2kCx1TvHvp847NlF+wvA5jqxPRdB7zvONhrfczuRSEHc6n4zmqpCWt+yzEhcXUQj95T0PYob2+cecv2aso4gmbqjqn6iI8mK1q2kbGPFA5cTWCKzNsoLGeU1Dmu1rXa9u14ooI6aSGTqh7R4pCQVV028YNrdIooQ4qqnNNtwGl/0lRu1RV83H9IooiVtxinsd7NT+SGTcMwGVLC+Ug5Rbck2BPYbxRSULAtYkDTVre9SETyuTKLnKuBSSko9uozH9KWAvFFAzCqe3ukhB7RRSE0VNLm8irvnO2g0GnXvFFAZE8PlJQhHSKKEHse0GupIUdyPIRRQFU0lZXrEkgLfziihMXXJ1cU8ZQaoCqhxc9twIooohX//2Q==">


Məsələ ilə bağlı deyerler.org saytına açıqlama verən ilahiyyatçı-şərqşünas, islami mövzular üzrə tədqiqatçı Hacı Fizuli Şəfiyev deyib ki, İraqda baş verən son hadisələrlə bağlı bir çox müsahibə və münasibətlərdə, hətta telekanalların yayımladığı xəbərlərdə müsahibə verən, xəbəri yayımlayan tərəfin mövqeyi onun hansı amala, niyyətə qulluq etdiyini, kimin sözçüsü, hansı şəbəkədən qidalandığını aydın şəkildə bəlli edir. F.Şəfiyev İraqdakı tükürpədən cinayətləri xalqın, bir məzhəbin adına bağlamağı çox yanlış yanaşma adlandırıb. Sitat: “Orada döyüşənlər, dövlətə qarşı çıxanlar xalqdır, əhli-sünnədir” deyənlər özləri də bilmədən bütün bu vəhşilikləri bir xalqın, məzhəbin ayağına yazmış olurlar. Bir yandan bildirirlər ki, bizim əqidədə hökumətə, rəhbərə qarşı çıxmaq olmaz, digər tərəfdən oradakı qiyamçıların əslində xalq olduğunu deməklə onlara haqq verməyə, baş verən cinayətləri guya sığortalamağa çalışırlar. Oradakı savaşın məqsədlərini isə müsahib çox gözəl bəyan edib. Müsahibə verən “bu, Amerikanın tələbidir” deməklə bir çox məsələlərə aydınlıq gətirmiş oldu. “Həm xalqın, həm Amerikanın tələbidir” kimi ziddiyyətli fikirlər səsləndirir. Deyir “Amerikanlar da tələb edir ki, Maliki bərabər bir hökumət qursun, vəzifələrdə tək şiələr təmsil olunmasın”. Yəni bu nə xalqın, nə də məzhəbin tələbi və qiyamıdır.

Zalıma qarşı mübarizə aparmaq bir dinin, məzhəbin, hansısa qrupun tələbi, missiyası deyil. Bu insanlığın, sağlam fitrətin tələbidir. Bir xalqın düşüncəsində, bir dinin təməl prinsiplərində zalıma qaşı mübarizə yoxdursa, demək, həmin xalqın, əqidənin kökündə fəsad yaşanır. Ancaq geni pozulmuş, beyni zəhərlənmiş insan zülmə biganə ola bilər. Elə bir xalq, elə bir din yoxdur ki, zülmə qarşı öz etiraz səsini ucaltmasın". 



Siyasi şərhçi Azər Rəşidoğlu İŞİD-in bir terrorçu təşkilat olduğunu qeyd edərək, bu terror təşkilatını müdafiə edənləri qınayıb: “İŞİD-i müdafiə etmək əxlaqsızlıqdır, bu terrora haqq qazandıran, İŞİD-i hər hansı formada reklam edən adamların mənəviyyatı və əxlaqı yoxdur. Belələrinin dininin, inancının olması böyük şübhə altındadır. Cinayətkar bir dəstənin, həm də ABŞ-ın, Qərbin siyasi məqsədlər üçün qurduğu, quldurluğa və terrora qurşanmış bir təşkilatın hansısa formada müdafiə olunması əxlaqsızlığın son həddidir. Sadəcə olaraq Azərbaycanda bunun müdafiə edilməsinin səbəbi dini və etnik zəmində qarşıdurma yaratmağa cəhd edən insanların niyyətindən başqa bir şey deyil. Buradan da görünür ki, kimlərsə bu planı həyata keçirmək, ziyarətgahlara hücum etmək, pak Əhli-beyt (ə) övladlarının qəbirləri üzərində tikilmiş müqəddəs türbələri, ziyarətgahları dağıtmaq niyyətləri güdürlər. Zənnimcə, bu məsələdə dövlət kifayət qədər ciddi və barışmaz mövqe ortaya qoymalıdır, bunların əməllərinin qarşısı dərhal alınmalıdır. Suriyada və İraqda vuruşan və İŞİD-in tərkibində olan, onlarla əlaqəsi olan hər hansı insana qarşı kompromis mövqe sərgilənməsinin əleyhinəyəm. Onlar ən ciddi şəkildə cəzalandırılmalı və cəmiyyətdən təcrid olunmalıdırlar.

Lakin burada bir məsələyə də diqqət yetirmək lazımdır. Yalnız qadağalarla, cəza tədbirləri ilə dini mühitin sağlamlaşdırılmasına nail olmaq mümkün olmayacaq. Dəfələrlə yazmışam, bir də bu fikri vurğulamaq istərdim ki, intellektual islamın təbliği baş verməyəcəksə, o zaman meydanı İŞİD və onun törəmələri olan radikal ünsürlər dolduracaq". 

Qeyd edək ki, daha əvvəl İŞİD-i terrorçu təşkilat adlandıran Qamət Süleymanovun birdən birə bu təşkilatı təmizə çıxaran fikirlər səsləndirməsi ittihamları sələfi liderin üzərinə çəkir. Onun hakimiyyətə qarşı münasibətlə bağlı fikirləri də xeyli dərəcədə mübahisəlidir. Çünki müsahibədə əvvəlcə hakimiyyətə qarşı qiyam qaldırmanın islamda qəbul olunmadığını iddia edən Q.Süleymanov sonradan bildirir ki, İraqda xalq hakimiyyətə qarşı qalxıb (!?). Bunun ardınca isə İŞİD-i təmizə çıxaran açıqlamalar verir. Çünki normal halda Əsədə qarşı çıxmağın əsassız olduğunu deyən Q.Süleymanovun eyni sözləri Maliki haqda da deməsi lazım idi. Bu isə Q.Süleymanovun ya bilərəkdən mövzuları qarışdırdığını, ya da istəmədən belə bir “fətva labirintinə” düşdüyünü göstərir. 

Yeri gəlmişkən, İslam dini mətnlərində zalım hakimə qarşı haqqı demək ən böyük cihad hesab olunur. Əbu Səid əl-Xidri Məhəmməd Peyğəmbərin (s.ə.s) belə buyurduğunu deyib: “Cihadın ən üstünü zalım hakimə qarşı həqiqəti söyləməkdir” (Bu hədisi Əbu Davud “Məlahim”, Tirmizi “Fitən”, Nəsai “Beyət”, ibn Macə “Fitən”, Əhməd ibn Hənbəl “Müsnəd”, Beyhəqi “əs-Sunənul Kubra” kimi kitablarında qeyd edib).   

Bu hədisə istinadən zalım hakimlərə qarşı etiraz tarix boyu müsəlman ümmətində üstün cihad hesab olunub. Söz düşmüşkən, 2011-ci ilin əvvəlində Misirdə Hüsnü Mübarək əleyhinə etirazlar başlayanda yerli dindarlar arasında fikir ayrılıqları meydana çıxdı. Çünki o zaman Məkkə Üləmalar Şurası hakimiyyətə qarşı çıxmağın haram olduğu haqda fətva verdi. Ancaq Misirin və dünyanın ən qədim təhsil mərkəzlərindən biri olan “əl-Əzhər” universiteti Alimlər Şurası despot rejimlərə qarşı çıxmağın savab iş olması ilə bağlı fətva verərək faktiki olaraq sələfi müftilərlə fikir ayrılığına səbəb olmuşdular.  

İraq mövzusuna gəldikdə isə hazırda İraqda döyüşən tərəfləri sünni və şiə bölgüsünə ayırmaq nəinki bu ölkədə, bütövlükdə regionda böyük müharibə, məzhəb savaşı yaratmaq istəyən qüvvələrə xidmət etməkdir. Əlbəttə, baş nazir, bir zamanlar Amerikanın dəstəyi ilə hakimiyyətə gələn Nuri əl-Malikinin fəaliyyətinin İraqda heç də bütün tərəfləri, hər kəsi qane etdiyini iddia etmək olmaz. Bunu iki il əvvəl İraqda başlayan və hətta şiə lider Müqtəda əs-Sədrin dəstək verdiyi etirazlar da sübut edirdi. Ancaq o zaman bu gərginliklər siyasi danışıqlar vasitəsi ilə həllini tapdı. Ancaq hazırda baş qaldıran və insanları yalnız məzhəbinə görə ayıraraq qətlə yetirən terrorçu qruplaşmanı İraq əhalisinin 35 faizini təşkil edən və min illərdir birgə yaşayan sünni əhalinin adına yazmaq xeyli dərəcədə qeyri-peşəkar və daha çox qərəzlidir. Bir qrup təkfirçinin radikal fəaliyyətləri, yalnız şiə olması səbəbi ilə günahsız insanları öldürməsi, tarixi, dini abidələri “şirk” adı ilə havaya uçurmasını İraqın 10 milyona yaxın sünni əhalisinin adına yazmaq İraq insanlarına qarşı hərəkətdir. 

Yeri gəlmişkən, “şiə hakimiyyəti” olan İraqda ölkə prezidenti - sünni kürd Cəlal Təlabani, xarici işlər naziri kürd-sünni Xoşyar Zəbari, eləcə də kabinet üzvləri arasında çoxlu sayda sünni nazir sünni məzhəbinə mənsubdur. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda keşiş Paşinyanın postuna namizəd oldu

Qazaxın işğaldan azad edilən dörd kəndinin sakinləri doğma yurdlarında - Video

Paytaxtdakı uşaq bağçasında çəkilən kadrlar müzakirələrə səbəb olub

Azərbaycanda hotellərə ulduz dərəcəsi hansı meyarlara görə verilir?

Sərbəst güləş yığmamız Avropa çempionu oldu

Siyəzəndə 45 yaşlı kişi özünü güllələyib

Zelenski ABŞ və Çin liderlərini sülh sammitinə çağırıb

“Formula 1” üzrə Monako Qran-prisinin qalibi müəyyənləşib

Ən çox oxunanalar