Bazar ertəsi, 27 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəkidə oğurluq edən dayı-bacıoğlu saxlanılıb

Şəki Şəhər Rayon Polis Şöbəsinə Oraban kəndindəki evlərin birindən 1000 manat dəyərində antik samovarın, eləcə də müxtəlif məişət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, daxil olan müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən şəxslərin Bərdə rayon sakini Nəvai Abbasov,onun dayısı, Yevlax sakini İlham Quliyev və Bakı şəhər sakini Elxan Hüseynov olduğu müəyyən edilib.

Həmin şəxslər “Rent a car”dan icarəyə götürdükləri “Hyundai”markalı avtomobillə Yevlax rayonu ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb və şöbəyə gətiriliblər.

Saxlanılan şəxslər ifadələrində oğurladıqları samovarı və misdən olan məişət əşyalarını dəyərindən ucuz qiymətə satdıqlarını, əldə etdikləri pulu isə öz aralarında böldüklərini bildiriblər.

Araşdırma zamanı qrup üzvlərinin başqa cinayət əməllərinin də üstü açılıb.

Belə ki, onların Şəki rayonunun Köbər Zəyzid kəndində yerləşən mağazaların birindən oğurluğa cəhd etdikləri və “VAZ-2109” markalı avtomobildən akkumulyator, eləcə də nəqliyyat vasitəsinə yaxın ərazidə olan pivə çəlləyini oğurladıqları məlum olub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

pia.az

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda keşiş Paşinyanın postuna namizəd oldu

Qazaxın işğaldan azad edilən dörd kəndinin sakinləri doğma yurdlarında - Video

Paytaxtdakı uşaq bağçasında çəkilən kadrlar müzakirələrə səbəb olub

Azərbaycanda hotellərə ulduz dərəcəsi hansı meyarlara görə verilir?

Sərbəst güləş yığmamız Avropa çempionu oldu

Siyəzəndə 45 yaşlı kişi özünü güllələyib

Zelenski ABŞ və Çin liderlərini sülh sammitinə çağırıb

“Formula 1” üzrə Monako Qran-prisinin qalibi müəyyənləşib

Ən çox oxunanalar