Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəki icra başçısının “qara qutusu“


Və yaxud Elxan Usubov həbsdə yatan adamı necə vəzifəyə təyin edib?

           
İcra başçılarının yer dəyişdirilərkən sadiq kadrlarını da özləri ilə bərabər rəbhərlik etdikləri rayona "transfer" etmələri ənənəvi hal alıb. 

Pia.az Xeberinfo.com-a istinadən xəbər verir ki, Elxan Usubov da Ağstafa rayon icra hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Şəki rayon icra hakimiyyətinin başçısı təyin edilən zaman sözügedən rayona tək gəlməyib: "Elxan Usubov Nizami İsmayılov adlı şəxsi də özü ilə bərabər Ağsatafadan Şəkiyə gətirib və icra hakimiyyətində şəhər təsərrüfatı şöbəsinə baş məsləhətçi təyin edib. Onlarla səmərələşdirici və elmi təklifin müəllifi kimi təqdim edilən Elxan Usubovun bu addımını isə səmərəlişdirici saymaq çətindir. 

Hazırda Şəki Rayon İcra Hakimiyyətində baş məsləhətçi işləyən Nizami İsmayılov əvvələr həbsdə olub. Ən maraqlısı isə odur ki, əvvəllər həbsdə olduğu söylənilən bu şəxs hal-hazırda Şəki rayon İcra Hakimiyyətində Şəhər təsərrüfatı şöbəsində baş məsləhətçi olsa da, qeyri-rəsmi şəkildə Şəkidə icra başçısından sonra əsas söz sahibidir. Nizami İsmayılov icra başçısı Elxan Usubovun "sağ əli” hesab olunur. Onun qeyri-rəsmi səlahiyyətlərinə hətta icra başçısının müavinləri də həsəd apara bilərlər.

Şəkidə "daxili imkanlar hesabına” həyata keçirilən abadlıq, təmir və tikinti işləri zamanı hansı idarə rəhbərinin edə biləcəyi "yardım”ın həcmini də Nizami İsmayılov müəyyən edir. Məsələn, şəhərin mərkəzi hissəsində evlərin və hasarların çöl divarlarının abadlaşdırılması işinə Mərkəzi Xəstəxananın baş həkimi Məcid Əliyevin və yaxud da Suvarma Sistemləri İdarəsinin rəisi Fərahim Qarayevin nə qədər  "yardım” edə biləcəyinin həcmini Nizami İsmayılov müəyyən edib. Onun sözündən çıxmaq isə faktiki olaraq icra başçısı Elxan Usubovun sözündən çıxamağa bərabər hesab olunur. 

Buna görə də həmişə şən zarafatları ilə fərqlənən şəkililər deyirlər ki, başqa rayonun bir icra başçısı olduğu halda, onların iki icra başçısı var. Həm də ikinci icra başçı hesab olunan Nizami İsmayılovun rayonunun "idarə edilməsində” rolu daha artıqdır".

Sayt yazır ki, xəbərlə bağlı Nizami İsmayılovla əlaqə yaradılıb. Lakin "ikinci icra başçısı" sualları cavablandırmaq əvəzinə, jurnalisti məhkəmə ilə hədələyib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

Ən çox oxunanalar