Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səhiyyə Nazirliyinin qarşısında etiraz aksiyası keçirilib - Rezidentlər pulsuz təhsil tələb edir

Tibb Universitetinin rezidenturasında təhsil alan bir qrup şəxs dünən Səhiyyə Nazirliyinin qarşısında etiraz aksiyası keçirib. Aksiya iştirakçılarının sözlərinə görə, onlar rezidenturada pulsuz təhsil almaq istəyirlər

“Bu tədris ilində rezidenturada təhsil pullu olub. Ödəniş 4000 manatdır. Bundan əvvəl təhsil pulsuz idi. Bizə dedilər ki, dövlətin bizim təhsilin pulunu ödəməyə imkanı yoxdur, gələn il rezidenturada yerlərin sayı azalacaq və biz məcbur olub pullu təhsil haqqında müqavilə imzaladıq. Lakin bu il rezidentura pilləsində təhsil pulsuz olub və yerlərin sayı çoxalıb, hətta 200 yer boş qalıb. Bu boş yerlərə ayrılan vəsaitin hesabına bizim ödənişimizi ödəsinlər. Bir il üçün ödəniş etmişik, gələn il üçün təhsilimizin pulsuz olmasını istəyirik”, – aksiya iştirakçılarından biri Turan-a bildirib.

İştirakçılar əlavə ediblər ki, Səhiyyə Nazirliyinə məktub göndəriblər, oradan məktubu Maliyyə Nazirliyinə, sonra isə Nazirlər Kabinetinə göndəriblər.

“Biz həmçinin prezident İlham Əliyevə və vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlamışıq. Təhsil haqqını ödəməyə çətinlik çəkirik. Xəstəxanada maaşımız 350 manatdır. Bu, çox azdır“, – digər iştirakçı deyib.

Aksiya iştirakçılarından üçünü Səhiyyə Nazirliyinin nümayəndələri qəbul ediblər. Tələbələrə vəd verilib ki, onların təklifi ilə bağlı Təhsil NazirliyiMaliyyə Nazirliyinə rəsmi müraciət edəcəklər, cavab aldıqdan sonra onlara məlumat veriləcək. Polislər aksiyanın keçirilməsinə maneçilik törətməyiblər.

Qeyd edək ki, Rezidentura tibb ixtisasları üzrə bazadır. Bu mərhələni keçənlərə həkim- mütəxəssis ali peşə-ixtisas dərəcəsi verilir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

Eşqi yanlış yerdə axtaran 3 bürc – Astroloqlar nə məsləhət görür?

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Əməkdar artist vəfat edən xanımından danışdı

Reuters: Rəisi və xarici işlər nazirinin həyatı helikopter qəzasından sonra risk altındadır

Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Aİ İran üçün "Copernicus" peyk görüntü xidmətini aktivləşdirib

Ən çox oxunanalar