Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhid Polad Həşimovun və İlqar Mirzəyevin məzarları ziyarət olundu - Foto

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə müsəlman din xadimləri və Azərbaycanda fəaliyyət göstərən pravoslav, katolik, yəhudi, alban-udi dini konfessiyalarının rəhbərləri Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad İsrayıl oğlu Həşimovun və polkovnik İlqar Mirzəyevin İkinci Fəxri Xiyabandakı məzarlarını ildönümü münasibətilə ziyarət etmişlər.

Keçən il iyulun 14-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən şiddətli döyüşlər zamanı müdafiənin ön xəttində qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimov və silahli qüvvələrimizin 11 nəfər zabit və əsgərinin xatirəsi din xadimləri tərəfindən ehtiramla yad edildi. Onların şərəfinə Qurani-Kərim tilavət edildi, ruhlarına dualar oxundu, məzarları önünə gül dəstələri düzüldü. Dini konfessiya rəhbərləri Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman döyüşçüləri barəsində rəhmət duaları ilə çıxışlar etdilər.

Şeyxülislam Allahşükür Paşazadə Vətənimizin işğaldan azad olunması üçün canını fəda etmiş qəhrəman şəhidlərimizi xüsusi ehtiramla yad edərək ailələrinə səbr və dəyanət arzuladı, qazilərə şəfaət duaları dilədi. Şeyxülislam həzrətləri qeyd etdi ki, Zəfər və uğur salnaməsi yazmış Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi sayəsində doğma Qarabağı işğaldan azad etdi, əsarətdə olan məscid və məbədlərimizi, milli-mənəvi irsimizi, dini abidələrimizi öz həqiqi sahiblərinə qaytardı, şəhidlərimizin qanını yerdə qoymadı. Bu gün Azərbaycan xalqı qüdrətli dövlət başçısının rəhbərliyi ilə əzəli torpaqlara Böyük Qayıdışı təmin etmək, dağıdılmış bölgəmizə yeni nəfəs vermək, Qarabağda müasir, yüksək səviyyədə həyat şəraiti yaratmaq istiqamətində fövqəladə zəhmətlər reallaşdırır. Dindarlarımız və din xadimlərimiz adından dövlət rəhbərliyinin bu məsuliyyətli dönəmdəki fədakar fəaliyyətlərinə minnətdarlığımızı ifadə edir, Uca Allahdan onların səylərinə rəvac diləyirik. Allah cümlə şəhidlərimizə rəhmət eləsin!

Anım mərasimində ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların nümayəndələrindən BakıAzərbaycan yeparxiyasının nümayəndəsi Konstantin (Pimenov), Dağ yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, Roma Katolik kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete, Avropa yəhudiləri dini icmasısnın sədri Aleksandr Şarovski və digərləri iştirak etmişlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Putin qərar verdi - Ciddi şəkildə cəzalandırılacaq...

Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - Yenilənib

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

779 milyonluq boru cəmi 14 il işləyə bildi: Susuzluqdan başını çöldə yuyan sakinlər

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddəki “Mexrli” məktəbi ilə tanış olublar - Yenilənib

İcra başçısının xanım müavini işdən çıxarıldı

Putin Paşinyanla Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə edib - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay