Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhid Elşadın əmanət övladı - O, hələ nə baş verdiyini anlamır

Şəkildə gördüyünüz bu körpə cocuq Tovuzun Ağdam kəndi ətrafında gedən döyüşlərdə şəhid olmuş kənd sakini, baş əsgər Elşad Məmmədovun övladıdır... 

O, çox körpədir, hələ heç nəyi başa düşmür. Bu uşaq anlamır ki, bu qədər adam onun atasının dədə yurduna niyə yığışıb. Atasının harada oldğunu da bilmir bu uşaq, bildiyi odur ki, isti yay günüdür, əmilərin, dayıların, xalaların, bibilərin əhatəsində təhlükəsizlikdədir.

Onlar öz göz yaşlarını bu körpədən gizlədirlər. Bir az böyük olsaydı, onu heç bu hüzr məclisinə qoymazdılar, aparıb qonşunun qızına verərdilər ki, məclis dağılana qədər başını qatsın. Körpəni bura ona görə gətiriblər ki, heç nə anlamır.

Gün gələcək, o uşaq hər şeyi anlayacaq, biləcək ki, 2020-ci ilin 13 iyulunda onun ciyərinin parçası sayan atasından ayrılıb. O, şəhid övladı olduğunu sonra biləcək. Bax, görürüsünüzmü, körpə əlini atasının şəklinə uzadır. Bu qədər adamın içində iki-üç tanıdığından biridir atası...

Dövlət və öz qohum-əqrəbası bu körpəyə uzun illər ata yoxluğu hiss etdirməyəcəklər, amma o, bir gün kimi itirdiyini hiss edəcək.

Müharibənin bir üzü də budur: faciə, itki, göz yaşları, atasız qalan körpələr, balasız qalan ata-analar...

Amma bu, bizim başlatdığımız müharibə deyil. Mərhum Elşad gedib üzbəüzdəki Tavuş rayonunda şəhid olmayıb, öz doğma Tovuz rayonunda, öz torpağını, evini, bu balaca körpəsini qoruyarkən şəhid olub.

Allah şəhidimizə qəni-qəni rəhmət, bu körpəni atasız qoyanlara dönə-dönə lənət eləsin.(musavat.com)

pia.az


Etiket: Şəhid


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib

Ən çox oxunanalar