Bazar, 15 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səfərdə pulsuz və sənədsiz qalsanız, nə edəcəksiniz?

Son vaxtlar, xüsusən İtaliyaya, İspaniyaya səyahət edən turistlər oğurluq hallarının artmasından gileylənirlər...

Bu mövzudakı statuslara yazılan rəylərdə hotellərdə də oğurluğun baş verdiyi, seyflərin belə etibarsız olduğu deyilir. Belə yerdə malını yaxşı saxla, qonşunu oğru tutma" məsəli də etibarlılığını itirir...

Bu günlərdə turizm qruplarının birində "İtaliyada çiyin çantam oğurlandı, içində pasportum və əlavə əşyalar vardı, tapılmasa pasportsuz necə edəcəyəm?", - deyə gənc oğlanın həyəcanlı sorğusu yadıma səfərlərimdən birində başıma gələn olayı xatırlatdı...

Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.

Çantanı yerə qoymağımla yoxa çıxmağı bir oldu

Florensiyada qaldığım hotel dəmiryolu vağzalının lap yanında idi. Bir axşamüstü hotelə qayıdarkən yan-yana düzülən ayaqqabı dükanlarına baş çəkdim. Dükanların birində tuflini geyinərkən əlimdəki çantanı yerə qoymağımla yoxa çıxmağı bir oldu. Dükanda işləyənlər də görməmişdi. Ölkədə oğurluq çox olduğundan başlarını ağrıtmamaq üçün əksər dükanlarda kameradan da istifadə olunmur. Hər halda, özlərinə sərf etməyən məqamlar üçün belə əsaslandırırlar. Çantamda isə pasportum, telefonum, bank kartlarımın olduğu pulqabım vardı. Mən faktiki olaraq yad ölkədə pulsuz və sənədsiz qaldım. Ətrafda tanıdığım kimsə də yox... Kiminləsə əlaqə saxlamaq, başına gələni anlatmaq, məsləhət və ya kömək üçün telefon da həmçinin...

"Tapılmasına ümid varmı?"

Dükanda məsləhət gördülər ki, yaxınlıqdakı Carabinieriyə (polisə) müraciət edim. Polisdə mənim kimi olay yaşayanlar az deyildi. Növbəm çatanda ərizə yazdım, çantanın içərisində olan əşyaları, qaldığım hoteli və şəxsi məlumatları qeyd etdim. "Tapılmasına ümid varmı?" sualıma gənc polis "ola bilər..." cavabını verdi. Şok vəziyyətdə hotelə qayıtdım.

Gecəni necə yatdığımı xatırlamıram. Səhər tezdən artıq Romadakı səfirliyimizlə əlaqə üçün internet və telefon axtarırdım. Digər tərəfdən, bir gün sonra hoteli tərk etməli və Romaya qayıtmalı idim. Amma qatar biletimin elektron variantı da itən telefonumun yaddaşında qalmışdı...

"Hoteldən tərpənməyin, çantanızı tapan adam gətirəcək"

Səhər hotelin əməkdaşından xahiş etdim ki, mənə səfirliyə məktub yazmağa şərait yaratsın. O, yenidən polis bölməsinə zəng edib çantamın taleyi ilə maraqlandı. "Tapılıb" xəbəri mənim üçün çantanı itirdiyim an yaşadığım şoka bərabər oldu. "Hoteldən tərpənməyin, çantanızı tapan adam gətirəcək", deyə polis bölməsindən dedilər. Bir qədər sonra cavan bir oğlan əlində çantamla gəldi, içərisində də itən əşyalarımın hamısı. Telefonum, pasportum, pulqabım... Təkcə blokda olmayan iki bank kartımda olan pul xərclənmişdi. "Qardaşım axşam bu çantanı yol kənarında görüb. Pasportunuzda sizin müsəlman olduğunuzu və Azərbaycandan gəldiyinizi görüb "bu sənədləri mütləq çatdırmalıyam", - deyə polisə zəng etdim. Mən özüm də müsəlmanam, Banqladeşdənəm", - deyə gənc bildirdi. Telefon nömrəsini də verib "burada olduğunuz müddətdə nəsə lazım olsa əlaqə saxlayın", - deyib getdi.

Başıma gələndən dərs götürməyi unutmamışam

Polisə məlumat verərkən "adətən çantalar, sənədlər tapılır, keçidlərə, zibil qablarının yanına atırlar. Pulu isə gözləməyə dəyməz. Ancaq heç kəsin əşyasını aparıb özünə təqdim etmirlər", - deyə gənc polis heyrətini gizlətmədi.

Bilmirəm, bəlkə də bəxtim gətirmişdi. Səhəri gün heç nə olmamış kimi ətraf şəhərlərə səyahətə çıxdım. Çox xoşbəxt idim.

O hadisədən sonra bir neçə dəfə də səyahət etmişəm. Amma başıma gələndən özümə dərs götürməyi də unutmamışam: hər səfərimdə bütün sənədlərimin bir neçə surətini çıxarıb, bəzilərini hoteldə, bəzilərini üzərimdə saxlayıram. Bank kartlarımın və nağd pulumun hamısını üzərimdə gəzdirmirəm. Sənədlərimin olduğu kiçik çarpaz çantamı isə özümdən heç ayırmıram...

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazirin vəzifəyə təyin etdiyi Gündüz Əbdülov kimdir? - Dosye

Elnur Məmmədli İctimai Şuraya sədr təyin olunub

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Nailə İslamzadədən nəvəsi ilə bağlı paylaşım - Video

Ərdoğan üç nazir müavinini vəzifəsindən azad edib, yeniləri təyin olunub

Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başa çatıb, "Mercedes" pilotu birinci olub - Yenilənib + Foto

Prezident və birinci xanım Fatma Səttarovanın dəfn mərasiminə əklil göndərib

Narinin qətli ilə bağlı həbs edilənlərin sayı artdı

Prezident “Xəqani” bağında və ətraf ərazilərdə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub - Yenilənib

Ən çox oxunanalar