Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səfərbərlik Xidmətinin həkim komissiyasının sədri rüşvət almaqda ittiham olunur

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Nazilə Rəhmanovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, o, 4 il müddətinə azadlıqdan məhrum edilib.

Eyni zamanda, N.Rəhmanovaya Cinayət Məcəlləsinin (CM) 70-ci maddəsi (şərti məhkum etmə) tətbiq edilib və təqsirləndirilən şəxsə şərti cəza təyin olunub.

Qeyd edək ki, N.Rəhmanova əvvəllər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinin Hərbi Həkim Komissiyasının sədri vəzifəsində və M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında həkim işləyib.

İttiham aktına əsasən, o, Hərbi Həkim Komissiyasının sədri vəzifəsində çalışan zaman çağırışçılardan hərbi xidmətə yararsız hesab edilmələri üçün rüşvət alıb və qarşılığında həmin çağırışçıların hərbi xidmətə yararsız olmaları ilə bağlı saxta tibbi sənədlər verib.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan N.Rəhmanova barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

İstintaq dövründə onun barəsində 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilmədiyini deyib. N.Rəhmanova dindirilən zaman söyləyib ki, o, 39 ildir həkim işləyib.

Təqsirləndirilən şəxs bildirib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinin Hərbi Həkim Komissiyasının sədri vəzifəsində çalışıb və vəzifəsi komissiyaya müraciət edən şəxslərin həkimlər tərəfindən müayinə edilməsindən sonra vəziyyəti komisara məruzə etmək olub. N.Rəhmanova ifadəsində heç kəsdən pul almadığını deyib.(report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Xankəndidə İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi dəqiqləşib

Sabah Astara və Lənkəranın bəzi ərazilərində qazın verilişi dayandırılacaq

Ermənipərəst Menendes federal məhkəmə tərəfindən bütün maddələr üzrə təqsirli bilinib

Azərbaycanda dəhşət: Bir il əvvəl itkin düşən şəxs sevgilisi ilə birlikdə intihar edibmiş

Ən çox oxunanalar